“Türkdilli ölkələrin təhdidlərə qarşı birgə mübarizəsi vacibdir”

23:24 10-09-2019 | icon 371 | Siyasət
“Türkdilli ölkələrin təhdidlərə qarşı birgə mübarizəsi vacibdir”

“Sovetlərin süqutundan sonra türkdilli dövlətlərin müstəqillik qazanmaları bu ölkələr arasında sıx əlaqələrin qurulmasına ciddi zəmin yaratdı. Ancaq təəssüf ki, bu dövlətlərdən bəzilərinin, daha doğrusu onların liderlərinin mövqeyi çox arzulanan Ümumtürk birliyinin formalaşdırılmasını xeyli gecikdirdir”.

 

Versus.Az xəbər verir ki, bunu siyasi ekspert Əlabbas Məhərrəmov müəllif yazısında bildirib. 

O qeyd edib ki, son illərdə Azərbaycan və Türkiyənin davamlı səyləri nəticəsində Orta Asiyanın türk dövlətləri ilə inteqrasiya prosesi kifayət qədər sürətlənib. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının və digər birgə strukturların yaradıldığını, onların fəaliyyətinin əlaqələndirilməsini buna misal göstərmək olar:

 

“Bu günlərdə Bakıda Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının iclasının keçirilməsi əməkdaşlıq üçün yeni platformanın möhkəmləndiyini göstərir. Bildiyiniz kimi, xüsusi xidmət orqanları dövlətlərin təhlükəsizlik orqanlarıdır və türkdilli ölkələrin bu müstəvidə əməkdaşlığı təhlükəsizliyin qarşılıqlı surətdə təmin olunması baxımından, çox vacibdir.

İclasda çıxış edən Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-leytenant Əli Nağıyevin terrorçuluq, dini ekstremizm, təcavüzkar separatçılıq kimi təhlükələri önə çəkməsi, türkdilli dövlətlərin bu təhdidlərə qarşı birgə mübarizəsinin vacibliyini bildirməsi deyilən məsələnin həqiqətən də, ciddi aktuallığından xəbər verir. 

Türkdilli dövlətlərin xüsusi xidmət orqanlarının prezident İlham Əliyev tərəfindən qəbul edilməsi isə Azərbaycanın bu əməkdaşlığa böyük əhəmiyyət verməsinin göstəricisidir. Çox arzu ediləndir ki, bu əməkdaşlıq real müstəvidə genişləndirilsin və gözlənilən nəticələr əldə olunsun”.

 

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür