Qarabağda qeyri-döyüş şəraitində həlak olan əsgərlərə də şəhidlik statusu verilə bilər

13:01 23-06-2023 | icon 1095 | Siyasət
Qarabağda qeyri-döyüş şəraitində həlak olan əsgərlərə də şəhidlik statusu verilə bilər

Razi Nurullayev: “Bu məsələni müzakirə edib qanunverciliyə istisna hal kimi əlavə edə bilərik”

 

“Bazarlarda ciddi bahaçılıq var. Onun üçün də aparılan mübarizələrə baxmayaraq qiymətlərdə enmə yox, qalxma müşahidə edilir və bu da əhalimizin kasıb hissəsini daha çox əzir.Hökumət tərəfindən, İqtisadiyyat və Maliyyə nazirlikləri tərəfindən tədbirlər görülür”.

 

Versus.Az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasındakı çıxışında deputat Razi Nurullayev bildirib.


Deputat təklif edib ki, xarici ölkələrdən ölkəmizə idxal edilə biləcək qiyməti daha aşağı, amma keyfiyyətli məhsulları müəyyən etmək üçün işlər aparılsın.

 

O, qeyd edib ki, aidiyyatı dövlət qurumlarının xarici ölkələrə nümayəndələri ezam oluna bilər ki, onlar bu sahədə araşdırma və danışıqlar aparsın:

 

“Eyni zamanda digər təklifim dövlət tərəfindən himayə olunan və dəstək verilən ucuz supermarketlərin həm hər bir rayonda, həm də şəhərlərdə açılmasıdır. Belə supermarketləri bir çox xarici ölkələrdə görmüşəm. Başa düşürəm ki, həmin marketlərə bütün əhali axışa bilər. Onun üçün də xüsusi siyahının hazırlanması və həmin adamlara buraxılış kimi bir sənədin verilməsi mümkündür. Bu siyahı Əmək və əhalinin sosial müdafiəsi nazirliyində var. Əlavə olaraq, rayon icra hakimiyyətlərində də ərzaq yardımı verilən, kasıb əhalinin siyahısı var”.


Deputat vacib məsələ kimi, qeyri-döyüş şəraitində həlak olan və barmaqla sayıla bilən qədər əsgər və zabitlərimizin valideynləri və yaxınlarının istəklərini də önə çəkib:

 

“Bu valideynlər onlara da şəhidlik statusunun verilməsini tələb edir. Onları təkrar-təkrar dinləməli, qəbul etməli və aidiyyatı üzrə müraciət etməli oluruq. Bir neçə gün öncə Laçın rayonu, Qaragöl ərazisində həlak olan Rəhim Dadaşovun anası Yetər Dadaşovanı Milli Məclisdə qəbul etdim. Buna qədər də bir neçə ananı qəbul etmişəm və doğrusu izah da etmək olmur. Çünki onların övladları hələ də müharibə şəraitində olan Qarabağda həyatlarını itirib. Bu məqamı nəzərə alaraq, Qarabağda hərbi xidmət zamanı müxtəlif səbəblərdən həyatlarını itirmiş əsgər və zabitlərə də şəhidlik statusunun verilməsini təklif edirəm. Dediyim kimi, bu hallar kütləvi deyil. Mən bu təklifi verən zaman Qarabağda xidmət etməyin çətinliyini, müharibə şəraitini, hər zaman düşmən təxribatı ilə üz-üzə qalmaq təhlükəsini nəzərə alaraq verirəm və ümid edirəm ki, bu məsələni müzakirə edib qanunverciliyə istisna hal kimi əlavə edə bilərik”.

 

TAHİRƏ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Şou-biznesin yaradıcısı - 38 il

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...