Ərdoğan və Salman anlaşdı – Türkiyəyə qarşı qərar ləğv edildi

15:17 24-06-2022 | icon 605 | Dünya
Ərdoğan və Salman anlaşdı – Türkiyəyə qarşı qərar ləğv edildi

 

 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Ankarada Səudiyyə Ərəbistanı vəliəhdi Məhəmməd bin Salman ilə keçirdiyi görüşün təfərrüatları məlum olub.

 

Versus.az xəbər verir ki, görüşdə əsas müzakirə mövzularından biri də Səudiyyənin Türkiyəyə tətbiq etdiyi üstüörtülü ixrac embarqosu olub.

 

Embarqonun tezliklə ləğv ediləcəyi bildirilib.

 

Türkiyənin diplomatik mənbələri səfərin məqsədinin ikitərəfli münasibətləri tam normallaşdırmaq olduğunu deyiblər:

 

“Son illərdə böhrandan çıxmaq üçün mühüm addımlar atılıb. Tam normallaşma prosesinə daxil olduğumuzu deyə bilərik. Bundan sonrakı məqsəd son illərdə yaşanan böhrandan əvvəlki dövrə qayıtmaqdır. Bunun üçün təmaslar daha da sıxlaşacaq, qarşılıqlı səfərlər artacaq”.

 

Görüş zamanı iqtisadi sahədə yeni sazişlər də müzakirə edilib. Türkiyəyə investisiyaların artırılması ilə bağlı razılıq əldə olunub. İki ölkə arasında svop sazişinin olub-olmayacağı isə ən çox maraq doğuran məsələlərdən biri idi. Görüş zamanı bu addımın da yaxın günlərdə atılmasına qərar verildiyi məlum olub.

 

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR

Tarixi dostluq və mehriban qonşuluq

Parlament seçkiləri bu tarixdə keçiriləcək

Beyləqanda DƏHŞƏTLİ CİNAYƏT