Şagird pulu birbaşa müəllimə verir, sonra...

15:31 06-10-2022 | icon 515 | Təhsil
Şagird pulu birbaşa müəllimə verir, sonra...

Dinarə Məmmədova: "...onsuz da qiyməti yazacaqsan, sənə pul vermişəm..."

 

Son günlərin gendəmi tutan mövzularından biri yenə də müəllim, məktəb və məktəbli ilə bağlıdır. Sosial şəbəkələrdə yayılan videolardan dolayı cəmiyyətdə belə fikir formalaşır təhsil ocaqlarında boşluqlar var.

 

Versus.Az xəbər verir ki, Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədrin müşaviri Dinarə Məmmədova mövzuyla bağlı açıqlamasında ölkədə təhsil sistemi hansı səviyyədə olmasından danışıb.

 

 

Xanım siyasətçi bildirib ki, təhsil sistemi çox böyük anlayışdır və bura bir çox məsələlər daxildir:

 

"Müəllimlərin əmək haqqının formalaşdırılması, tədris planı, dərs metodologiyası, şagirdlərlə davranış və sair məsələləri misal göstərmək olar. Bu gün təhsil sistemi yüksək səviyyədə deyil. Bir çox məsələlər həll olunmayıb. Yenə də məktəblərdə bayram pulu, "fond" pulu yığılır. Müəllimlər məktəbdə dərs deməyə maraqlı deyirlər, repetitorluğa üstün verirlər".

 

D.Məmmədova məktəblərdə tez-tez rast gəlinən şiddət hallarına da diqqət çəkib:

 

"Bu gün əsas məsələlərdən biri də məktəblərdəki şiddət halları ilə bağlı məsələdir. Şagirdlərin müəllimə, müəllimin şagirdlərə olan şiddəti artıq çox böyük problemlərə yol açır. Məncə bu problemin əsası yuxarıda qeyd etdiyim “fond” pulu, bayram pulu yiğılmasıdır. Şagird pulu birbaşa müəllimə verir. Müəllim də şagirtdən pulu götürəndən sonra onun gözündən düşür. Yuxarı siniflərdə bu daha çox hiss olunur. Artıq müəllim şagirdlərdən dərs oxumağı tələb edəndə, onlar ona cavab qaytarırlar ki, onsuz da qiyməti yazacaqsan, sənə pul vermişəm. Bax problem bundadır".

 

ALDP yetkilisi vurğuladı ki, tədris programı da çox ağırdır:

 

"30 il əvvəl informasiya ala biləcəyimiz mənbə bir-iki televiziya kanalı idi. İndiki internet dövründə uşaqların informasiya almaq mənbələri kifayət qədər müxtəlifdir. O zamanlar hansısa bir mövzunu araşdırmaq istəyirdiksə, gedirdik kitabxanalara. Amma indi internetdə istənilən bir mövzu ilə bağlı yüzlərlə mənbə tapmaq olur. İndiki uşaqlar daha çox məlumat ala bilirlər. O vaxt bir qohumumuzu görmək üçün ya onun ev telefonuna zəng edərdik, ya da onların evinə gedirdik. İndi isə bunları görüntülü zənglər əvəzləyib. Buna görə də, yanaşma çox dəyişib. Gənc nəslin danışıq dili dəyişilib. Texnologiyalar onları başqa cür formalaşdırıb. Biz bu duruma uyğunlaşmağa məcburuq. Təhsil sistemi də müasir tipli olmalıdır".

 

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR

Tarixi dostluq və mehriban qonşuluq

Parlament seçkiləri bu tarixdə keçiriləcək

Beyləqanda DƏHŞƏTLİ CİNAYƏT