Qəribə QƏRAR

13:35 28-02-2023 | icon 321 | İdman
Qəribə QƏRAR

Klubun sahibi baş məşqçini bir həftə əvəzləyəcək

 

İsveçrənin “Sion” klubu baş məşqçisi Fabio Çelestiniyə maraqlı cəza verib.

 

Komandanın uğursuz nəticələrindən təngə gələn Super Liqa təmsilçisinin rəhbərliyi mütəxəssisi bir həftəyə işindən uzaqlaşdırıb. Ən qəribəsi isə odur ki, həmin müddət ərzində komandaya klubun sahibi və prezidenti Kristian Konstantin özü rəhbərlik edəcək. “Sion”u ölkə kubokunda və çempionatda “Luqano” ilə ardıcıl görüşlərə baş məşqçi kimi məhz o çıxaracaq. Klub prezidenti daha əvvəl də bir neçə dəfə müvəqqəti olaraq komandanın “sükanı arxası”na keçib.

 

“Sion” uzun müddətdir, qələbə qazana bilmir. İsveçrə çempionatında “Sant-Qallen”ə ev məğlubiyyətindən (0:4) sonra azarkeşlər italyan hücumçu Mario Balotellinin formasını yandırıblar.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR

Tarixi dostluq və mehriban qonşuluq

Parlament seçkiləri bu tarixdə keçiriləcək

Beyləqanda DƏHŞƏTLİ CİNAYƏT