“Balaca Kişilər” tamaşası oynanılacaq

10:21 21-09-2023 | icon 562 | Film
“Balaca Kişilər” tamaşası oynanılacaq

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında “İRƏLİ” İctimai Birliyinin iştirakı ilə 27 Sentyabr - Anım Gününə həsr olunmuş "Balaca Kişilər" tamaşası nümayiş olunacaq.

 

Bu barədə “İRƏLİ” İctimai Birliyinin Mətbuat Xidməti məlumat yayıb. Yazıçı-dramaturq İlqar Fəhminin eyniadlı əsəri əsasında hazırlanan tamaşa İkinci Qarabağ müharibəsində baş verən real hadisələri əks etdirir. Əsərin ideyası “Balaca Kişilər”in şücaətindən, onların müharibənin fonunda qəhrəmana çevrilə bilmə bacarıqlarından bəhs edir.

 

Quruluşçu rejissoru Əməkdar artist Nicat Kazımov olan 44 günlük savaş və qələbəmizə ithaf edilən tamaşa vətənpərvərlik, insani dəyərlərin qorunması ilə yanaşı həm də hər bir vətəndaşın torpağa bağlılığını, mənəvi və bəşəri dəyərlərə sadiqliyini təcəssüm etdirir.

 

Qeyd edək ki, tamaşa 23 sentyabr, saat 19:00-da baş tutacaq. “Balaca Kişilər” tamaşasını izləmək üçün biletləri şəhərin kassalarından və iTicket.az saytından əldə etmək olar.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR

Tarixi dostluq və mehriban qonşuluq

Parlament seçkiləri bu tarixdə keçiriləcək

Beyləqanda DƏHŞƏTLİ CİNAYƏT