Muzeyin əməkdaşları beynəlxalq sərgidə iştirak ediblər

16:11 10-10-2023 | icon 597 | Cəmiyyət
Muzeyin əməkdaşları beynəlxalq sərgidə iştirak ediblər

Oktyabrın 6-da Moskvada Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin (XTSN) “Azərbaycan” pavilyonunda Milli Azərbaycan Tarixi Muzeyi, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin törəmə müəssisəsi olan “SOCAR RUS” şirkəti və Geologiya, Neft və Qaz Muzeyinin birgə təşkilatçılığı ilə “Hacı Zeynalabdin Tağıyev – sənayeçi və mesenat. Şəxsiyyətin Rusiya və Azərbaycan tarixindəki rolu” adlı beynəlxalq fotosərginin açılış mərasimi keçirilib.

 

Versus.Az xəbər verir ki, tədbirdə Azərbaycanın Rusiyadakı səfirliyinin nümayəndəsi - müşavir-elçi İsmayıl Əsədov, “SOCAR RUS” şirkətinin baş direktoru Rüfət Mahmud, XTSN “Azərbaycan” pavilyonunun direktoru Səadət Qədirova, Geologiya, Neft və Qaz Muzeyinin direktoru Aleksandr Pankov iştirak edib. Eyni zamanda muzeyin Eksponatların qorunması və qeydiyyatı üzrə direktor müavini – baş mühafiz, t.ü.f.d., dosent Məhfuzə Zeynalova, Beynəlxalq əlaqələr və ictimaiyyətlə iş şöbəsinin müdiri Zümrüd İsmayılova Milli Azərbaycan Tarixi Muzeyini təmsil ediblər.

 

Qonaqlar sərginin açılışı zamanı tədbirin əhəmiyyəti haqqında çıxış edərək qeyd ediblər ki, - “Biz muzey layihəsini böyük qürur hissi ilə təqdim edirik. Vaxtilə məşhur neft sahibkarı Hacı Zeynalabdin Tağıyevin Azərbaycan-Rusiya neft sənayesinin birgə inkişafında böyük xidmətləri olub”.

 

XTSN “Azərbaycan” pavilyonunda H.Z.Tağıyevə həsr olunmuş sözügedən sərgi də mühüm missiyanı yerinə yetirərək, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında mədəni əlaqələrin möhkəmlənməsinə töhfə verir.

 

Sonda S.Qədirova sərginin yaradılmasında əməyi olan hər kəsə təşəkkürünü bildirdikdən sonra xüsusi olaraq vurğulayıb:

 

“Ümid edirik ki, bu sərgi ziyarətçilər üçün keçmişə maraqlı səyahət olaraq, Azərbaycanla yanaşı, bütün müsəlman dünyasında və Rusiyada ən məşhur, hörmətli neft maqnatlarından birinin nailiyyətlərinin əhəmiyyətini daha yaxşı anlamağa kömək edəcək”.

 

Sərginin ilk ziyarətçilərindən biri olmuş Rusiya Rəssamlıq Akademiyasının akademiki, dünyaca məşhur rəssam Nikas Safranov isə belə bir sərginin əhəmiyyətini, onun mədəni-tarixi potensialını müsbət qiymətləndirib və kolleksiyanın qorunmasında xidmətləri olan Milli Azərbaycan Tarixi Muzeyinə təşəkkürünü bildirib.

Qeyd edək ki, sərgidə muzeyin dəyərli kolleksiyasından olan Hacı Zeynalabdin Tağıyevin ailəsi ilə birlikdə və neft mədənlərində çəkilmiş 50-dən çox arxiv fotoşəkillərinin böyüdülmüş reproduksiyaları yer alır.

Beynəlxalq sərgi 2024-cü ilin aprel ayına kimi davam edəcək.

 

 

Ayəndə Dadaşova
versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR

Tarixi dostluq və mehriban qonşuluq

Parlament seçkiləri bu tarixdə keçiriləcək

Beyləqanda DƏHŞƏTLİ CİNAYƏT