Qarabağda dağıdılan məscid, kilsə və məbədlər bərpa edilir

12:21 11-10-2023 | icon 370 | Cəmiyyət
Qarabağda dağıdılan məscid, kilsə və məbədlər bərpa edilir

“Azərbaycan işğaldan azad edilmiş ərazilərdə bərpa işlərində göstərdiyi dəstəyə görə Qazaxıstana minnətdardır”.

 

Bu barədə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Astanada keçirilən Dünya və ənənəvi din liderlərinin Qurultayının Katibliyinin XXI sessiyasının iclasında deyib:

 

“Hazırda Azərbaycan BMT Nizamnaməsi və BMT Təhlükəsizlik Şurasının 4 məşhur qətnaməsi əsasında öz ərazi bütövlüyünü bərpa etdikdən sonra işğaldan azad edilmiş ərazilərdə dağıdılmış mədəni və mənəvi irs obyektlərini, o cümlədən vandalizmə uğramış məscid, kilsə və məbədləri bərpa edir. Azərbaycana bərpa işlərində, yenidənqurma layihələrində, minatəmizləmədə yardım və dəstək verən bütün ölkələrə minnətdarıq. Xüsusilə də qardaş Qazaxıstana Füzuli şəhərində tikilmiş Kurmanqazı Yaradıcılıq İnkişaf Mərkəzi ərməğanına görə dərin minnətdarlığımızı bildiririk”.

 

O xatırladıb ki, ötən il ölkəmizə səfəri çərçivəsində Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycan Prezidenti İlham Əliyevlə birlikdə bu mərkəzi ziyarət edib.

 

“Bu mərkəz qardaşlarımızın bizə çox dəyərli hədiyyəsidir”, - deyə QMİ sədri vurğulayıb.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR

Tarixi dostluq və mehriban qonşuluq

Parlament seçkiləri bu tarixdə keçiriləcək

Beyləqanda DƏHŞƏTLİ CİNAYƏT