“Bu elə bir qələbə ki, onun üzərinə heç bir xain kölgə sala bilməz”

16:57 17-10-2023 | icon 542 | Siyasət
“Bu elə bir qələbə ki, onun üzərinə heç bir xain kölgə sala bilməz”

Könül İsmayılova: “Bu uğurları cənab Prezidentin 20 illik hesabatı kimi dəyərləndirirəm”

 

“Bu gün günlərdən Füzuli Şəhəri günüdür. Prezident İlham Əliyev yerli sakinlərlə görüşərək onları vətənlərinə dönmələri münasibətilə təbrik edib, 30 illik işğala son qoyulması zamanı Azərbaycanın keçdiyi yollardan danışıb. Sevincimizə sevinc qatan gün isə oktyabrın 15-də Xankəndidə dalğalanmağa başlayan üçrəngli bayrağımızın yüksəldilməsi oldu. Ali Baş komandan böyük fəxr və qürurla bayrağımızı ucaltdı və düşmənlərimizə bir daha meydan oxudu. Böyük Zəfər bu olsa gərək...”

 

Versus.Az xəbər verir ki, bunu Füzuli Şəhəri Günü və Xankəndidə Azərbaycan bayrağının yüksəldilməsi ilə bağlı təsüratlarını şəxsi “facebook” səhifəsində bölüşən Nizami rayon İcra Hakimiyyətinin məsul işçisi, Müasir Müsavat Partiyasının Siyasi Şura və İdarə Heyətinin üzvü Könül İsmayılova bildirib.

 

Könül xanım təəssüflə qeyd edib ki, 44 günlük Vətən Müharibəsində qalib olduğumuz zaman bəzi ölkədaxili ünsürlər bu qələbəmizi həzm edə bilmədilər və fikirlər formalaşdırmağa başladılar ki, Xankəndi, Xocalı ermənilərə qaldı:

 

“Cənab Prezidentin gördüyü işlərə kölgə salmaq üçün hər yola əl atdılar. Xaricdə oturan trollarına mövzular verib ölkə başçısının əleyhinə ən murdar çıxışlar sərgilədilər. İddia edirdilər ki, “nəyə görə ordumuzu Xankəndiyə girməyə qoymadı, niyə Rusiyanın əlinə oynayaraq sülhməramlıların ərazilərimizdə yerləşməsinə icazə verdi və sair bu kimi sərsəm çıxışlar... Təsəvvür edirsiz, bunlar bu cür düşüncə və kəmsavadlılıqları ilə hakimiyyətə gəlib dövləti idarə etmək istəyirdilər. Ən sadə, siyasi və hərbi biliyi olmayan kəs də anlayır ki, həmin vaxt Xankəndiyə girilsəydi mülki vətəndaşlar ziyan çəkərdi və bu da dünyaya soyqırım kimi sırınardı. Bizim özünü vətənpərvər, xalqsevər kimi təqdim edən radikal müxalifətimiz məhz belə bir qırğını istəyirdi. Çünki elə bir qırğın baş versəydi, Azərbaycanımızın qələbəsi heçə enərdi ki, bu da bu ünsürlərin şəxsi marağında idi. Amma radikal qüvvələr unutdular ki, bu xalq artıq kimin kim olduğunu yaxşı görür. Prezidentin arxasında duran xalq həmin qaraguruhçuların son ümidlərini də puça çıxartdı. Artıq onlar meydanda sözün əsl mənasında suyu süzülmüş vəziyyətdə qalıblar. Çünki xalq bu gün Xankəndidə Azərbaycan bayrağının dalğalanmasının şahididir. Bu elə bir qələbə ki, onun üzərinə heç bir xain kölgə sala bilməz...”

 

K.İsmayılova vurğulayıb ki, bu il həm də İlham Əliyevin Prezident seçilməsinin 20-ci ilidir:

 

“Mən Qarabağla bağlı, ümumiyyətlə əldə etdiyimiz bütün uğurları həm də cənab Prezidentin 20 illik hesabatı kimi dəyərləndirirəm. Onun Ümummili liderimiz Heydər Əliyevin bütün tapşırıqlarını yerinə yetirdiyini ulu öndərin və xalqımızın qarşısında təntənəli şəkildə bəyan etməsi ən təsirli və ən qürurlu anlar idi”.

 

Siyasətçi xanım qeyd edib ki, indi qalır Xankəndidə də məskunlaşma prosesinə başlamaq:

 

“Yaşayaq, torpaqlarımıza sahib çıxaq, artaq, inkişaf edək, daha qüdrətli bir Respublikaya çevrilək”.

 

PƏRİ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR

Tarixi dostluq və mehriban qonşuluq

Parlament seçkiləri bu tarixdə keçiriləcək

Beyləqanda DƏHŞƏTLİ CİNAYƏT