“Qəribə şeylər”in ulduzu serialın dostları ilə bu problemləri yaşadı

10:13 19-10-2023 | icon 756 | Film
“Qəribə şeylər”in ulduzu serialın dostları ilə bu problemləri yaşadı

“Qəribə şeylər” (“Stranger Things”) serialının ulduzu Milli Bobbi Braun məşhurluğun həyatına gətirdiyi çətinliklərdən danışıb.

 

Britaniyalı aktrisa erkən şöhrətə görə etibar problemi yaşadığını etiraf edib. O, uşaqlıqdan diqqət mərkəzində olduğu üçün tez-tez görünüşünə və hərəkətlərinə görə tənqid olunduğunu da bildirib.

 

Milli Braun bu cür təzyiqin onun emosional vəziyyətinə çox mənfi təsir etdiyini və psixi sağlamlığını korladığını, bu səbəbdən özünə qapandığını vurğulayıb.

 

“Bu kədərlidir. Güvənlə bağlı problemlərim var. Dostlarım o qədər də çox deyillər, çünki özümü çox insanlardan təcrid edirəm”, - deyə aktrisa hisslərini bölüşüb.

 

Qeyd edək ki, aktrisa daha çox 13 yaşında “Qəribə şeylər” serialındakı “On bir” roluna görə “Dram serialında ən yaxşı köməkçi aktrisa” nominasiyasında “Emmy” mükafatına layiq görülüb. O, həmçinin UNICEF-in ən gənc xoşməramlı səfiridir.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR

Tarixi dostluq və mehriban qonşuluq

Parlament seçkiləri bu tarixdə keçiriləcək

Beyləqanda DƏHŞƏTLİ CİNAYƏT