"Laçınsız günlər" xatirə-gündəlikdən - Brejnev Laçına zəng etdi

13:52 21-01-2024 | icon 1170 | Tarix
"Laçınsız günlər" xatirə-gündəlikdən - Brejnev Laçına zəng etdi

 

QƏZƏNFƏR HÜSEYNOV

 

Laçın Rayon İcraiyyə Komitəsi sədrinin müavini, rəhmətlik Fərrux İbrahimov günorta fasiləsindən yenicə qayıtmışdı ki, telefonçu zəng edərək deyir:


- Yoldaş İbrahimov, xətdə gözləyin Moskvadan Brejnev yoldaş Sizinlə danışacaq.

 

O, vaxtlar Brejnev SSRİ Ali Soveti Rəyasət Heyyətinin sədri vəzifəsində imiş. Fərrux İbrahimov rusca yaxşı bilmədiyindən telefonçuya tapşırır ki, sən Moskvanı 5 dəqiqə ləngit. O, tez qaçır rayon icraiyyə komitəsinin sədri Xıdır Bəylərovun yanına və olayı anladır. Bəylərov telefonla Brejnevlə danışır və böyük bir dövlətin ikinci vəzifə adamının nəyə görə Laçına zəng etdiyi aydın olur.

 

Onların arasında aşağıdakı kimi söhbət olur:


L.I.B. - Salam! Necədir işləriniz, camaat necə yaşayır? Mən, sizə zəng etməzdən sizin rayonun göstəriciləri ilə maraqlandım. Heyvandarlıqda kəmiyyət pis deyil, amma keyfiyyətdə geriliyiniz var, məhsuldarlıq da çox aşağıdır.


X.B. - Yoldaş Brejnev bizdə heyvandarlığın cins tərkibi dəyişməlidir, rayonda heyvandarlıqda, xüsusən maldarlıqla ciddi reforma həyata keçirməliyik. Yerli cinsdən olan inəklərdən az süd sağa bilirik...


...


L.I.B - Mənim qəbulumda sizin rayonun Hoçaz kənd sakini Həbib Imanqulu oğlu Məmmədov adlı bir şikayətçi var. Onun ərizəsini sizə göndərəcəyik. Xahiş edirəm ərizədə yazılanları araşdırın, bir ay müddətində həm şikayətçiyə, həm də bizə rəsmi cavab verin.

 

Mən Həbib kişinin haqlı və ya haqsız şikayətini bilmirəm, bu halı ancaq qayğıkeşlik kimi qiymətləndirirəm.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR

Tarixi dostluq və mehriban qonşuluq

Parlament seçkiləri bu tarixdə keçiriləcək

Beyləqanda DƏHŞƏTLİ CİNAYƏT