“Azərbaycan Avropa ilə bağlı öz qərarını verəcək”

14:00 27-01-2024 | icon 296 | Siyasət
“Azərbaycan Avropa ilə bağlı öz qərarını verəcək”

Arzu Nağıyev: "Azərbaycan o dövlətlərə qarşı siyasətini adekvat olaraq yürüdəcək"

 

“Bu çox qərəzli bir mövqedir . AŞPA burada bir neçə məqamı qabartmağa çalışıb”.

 

Versus.Az xəbər verir ki, bunu Milli Məclisin deputatı Arzu Nağıyev AŞPA-nın  Azərbaycana qarşı qərəzli təşəbbüslə çıxış etməsi ilə bağlı bildirib.

 

Deputat  qeyd edib ki, Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin AŞPA-nın plenar iclasında substantiv əsaslarla qəbul edilməsi ölkəmizə qarşı qərəzli mövqenin növbəti nümunəsidir.

 

“Almaniyadan olan deputat Azərbaycanda insan hüquqları məsələsini siyasi həbslər, siyasi dustaqlara münsibət müstəvisində gündəmə gətirib. Eyni zamanda bir sıra cəfəng məsələləri dilə gətirərək öz qərəzini gizlətməyib. Azərbaycanda guya insan hüquqlarının tapdalanması, qondarma qurumun, separatçıların guya etnik təmizlənməyə məruz qalması, Azərbaycanın niyə onları seçkilərə dəvət etməməsi və sair bu və ya digər məsələləri qabartmaqla yenə də ikili standartı ortaya qoyublar. Təəssüf doğuran məsələ də odur ki, deputatlardan 76-sı bu qətnamənin lehinə 10-u əleyhinə, 4-ü də bitərəf qalıb".

 

A.Nağıyev həmin deputatların müxtəlif dövlətləri təmsil edtdiyini önə çəkərək, Azərbayacanın həmin nümayəndələrin təmsil olunduğu dövlətlərlə normal münasibətlərinin olduğunu deyib.

 

"Ona görə də burda konkret olaraq söhbət qərəzli siyasətdən gedir.  Bunlar vaxtilə Azərbaycan ərazisindən terror dəstələrinin çıxarılması kimi məsələlər ortaya çıxanda susurdular. Eyni zamanda ATƏT-in Minsk Qrupunun həmsədrləri gəlib Azərbaycanda dekalartiv bəyanatlarla çıxış edib getdilər. Yəni Avropanın, həmin o dövlətlərin çoxunun Azərbaycanda siyasi, iqtisadi, hətta deyərdim mənəvi hərbi maraqları vardı. Onlar qondarma soyqırımla, qondarma separatizmlə, bütün proseslərdən istifadə edərək ciddi vəsaitlər qazanmaqla məşğul idilər. Bundan başqa müxtəlif qeyri-hökumət təşkilatları daim bu məsələləri müxtəlif tribunalarda qabartmaqla bundan vəsait qazanırdılar. Və iqtisadi məsələlərdə həmin o dövlətlərin şirkətləri işğal olunmuş ərazilərdə bütün yeraltı və yerüstü sərvətlərimizin dağıdılması ilə məşğul olublar. Bu gün artıq onlar yoxdur. Onları bu gün narahat edən Azərbaycanın öz problemlərini müstəqil olaraq həll etməsidir. Azərbaycan öz ərazi bütövlüyünü bunlarla məsləhətləşmədən tam şəkildə həll etdi. Artıq müstəqil ölkə olaraq daxili və xarici siyasətimiz var. Anti-terror əməliyyatından sonra demək olar ki, atəşkəsə nail olduq. Hər iki tərəfdə tam şəkildə artıq şəhid yoxdur”.

 

A.Nağıyev qeyd edib ki, Azərbaycana qarşı qərəzini gizlətməyən dövlətlər Ermənistanla Azərbaycan arasında daim münaqişə, müharibə olmasını istəyirlər:

 

“Buna görə də Ermənistanı silahlandırır, ona müxtəlif dəstəklər verirlər. Təbii ki, bundan sonra Azərbaycan Avropa ilə bağlı öz qərarını verəcək. Əgər Avropa dövlətləri bizi enerji təhlükəsizliyinə təhdidin qarşısını alan bir dövlət kimi qəbul edirsə, bunu da düşünməlidirlər. Yəni Azərbaycan da adekvat olaraq həmin o dövlətlərə qarşı öz fikrini bildirib, öz siyasətini yürüdəcək”.

 

T.Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR

Tarixi dostluq və mehriban qonşuluq

Parlament seçkiləri bu tarixdə keçiriləcək

Beyləqanda DƏHŞƏTLİ CİNAYƏT