Heydər Əliyev Fonduna Beynəlxalq Xeyriyyəçilik Forumunun “Strateji əməkdaş” statusu verilib

12:48 24-09-2019 | icon 334 | Siyasət
Heydər Əliyev Fonduna Beynəlxalq Xeyriyyəçilik Forumunun “Strateji əməkdaş” statusu verilib

“Çin Xalq Xarici Ölkələrlə Dostluq Assosiasiyası” və “Sülh və İnkişaf üçün Çin Dostluq Fondu” tərəfindən Çin Xalq Respublikasının Şencen şəhərində BMT tərəfindən rəsmi tanınan 4-cü Beynəlxalq Xeyriyyəçilik Forumu keçirilib.

 

Versus.Az xəbər verir ki, tədbirdə Avropa, Amerika və Asiya regionunda fəaliyyət göstərən xeyriyyəçi təşkilatların rəhbərləri və nümayəndələri iştirak edib.

 

Açılış mərasimində çıxış edən Xarici ÖlkələrləDostluq üzrə Çin Xalq Assosiasiyasının sədri Li Syaolin tədbirdə ilk dəfə iştirak edən təşkilatlara minnətdarlığını bildirib.

 

Forumda Heydər Əliyev Fondunun əsas missiyası, ölkədə və xaricdə həyata keçirdiyi layihələr haqqında məlumat verilib. Eyni zamanda tədbirdə ilk dəfə iştirak edən Heydər Əliyev Fonduna Beynəlxalq Xeyriyyəçilik Forumu tərəfindən “Strateji əməkdaş” statusu təqdim olunub.

 

Heydər Əliyev Fondu ilə “Sülh və İnkişaf üçün Çin Dostluq Fondu”nun prezidenti, “Çin Xalq Xarici Ölkələrlə Dostluq Assosiasiyası”nın Baş katibi Li Xikui ilə görüşdə təşkilatlar arasında əməkdaşlıq perspektivləri və 5-ci Xeyriyyəçilik Forumunun 2020-ci ilin sentyabr ayında Bakıda keçirilməsi məsələsi müzakirə olunub.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

4 kəndin qaytarılmasına Rusiyadan REAKSİYA