4 kəndin qaytarılmasına Rusiyadan REAKSİYA

18:38 19-04-2024 | icon 452 | Gündəm
4 kəndin qaytarılmasına Rusiyadan REAKSİYA

2024-cü il aprelin 19-da Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sərhəddə Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin və Ermənistan Respublikası Baş nazirinin müavini Mqer Qriqoryanın sədrliyi ilə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın 8-ci görüşü keçirilib.


Görüş zamanı komissiyalar aşağıdakı razılığa gəliblər.

 

Delimitasiya prosesinin ilkin mərhələsində Tərəflər sərhəd xəttinin ayrı-ayrı hissələrinin Sovet İttifaqı çərçivəsində onun süqutu dövrünə mövcud olduğu hüquqi cəhətdən əsaslandırılmış respublikalararası sərhədə uyğun olaraq Bağanis (ER) - Bağanıs Ayrım (AR), Voskepar (ER) - Aşağı Əskipara (AR), Kirants (ER) – Xeyrımlı (AR) və Berkaber (ER) - Qızılhacılı (AR) yaşayış məntəqələri arasında bilavasitə keçməsini razılaşdırıblar.

 

Qərara alınıb ki, sərhəd xəttinin bu hissələrinin təsviri koordinatları yerdəki geodeziya ölçmələrinə əsaslanaraq dəqiqləşdirilməsi nəzərə alınmaqla tərtib edilsin və bu, Tərəflər arasında 15 may 2024-cü il müddətinədək müvafiq Protokol-təsvirlə sənədləşdirilərək razılaşdırılmalı və imzalanmalıdır.

 

Razılaşdırılıb ki, Tərəflər sərhəd xəttinin razılaşdırılmış hissələrində öz sərhəd xidmətlərinin eyni vaxtda və paralel yerləşdirilməsi üçün tədbirlər görmək məqsədilə öz hökumətlərinə müraciət edəcəklər. Həmçinin razılaşdırılıb ki, delimitasiya prosesi tam başa çatana qədər Protokol-təsvirdə göstərilən sərhəd xəttinin hissələri delimitasiya edilmiş hesab olunsun.

 

Prosesi Modern.az saytına şərh edən rusiyalı ekspert, Siyasi və İqtisadi Kommunikasiyalar Agentliyinin analitik layihələr direktoru Mixail Neyzhmakov bildirib ki, bu addlm iki ölkə arasında sülh üçün nümunədir:

 

“Mən artıq proqnozlaşdırıram ki, Bakı ilə İrəvan arasında növbəti danışıqlar bu ilin may aylarında baş verə bilər. Bakı sərhədlərin delimitasiyası üzrə danışıqların irəliləməsində maraqlı idi. Lakin İrəvan üçün danışıqlar prosesi çərçivəsində ən mühüm məsələlərin bu ilin iyun-iyul aylarına qədər həll olunması vacibdir. Belə ki, yayda ABŞ-da prezidentlik kampaniyası həlledici mərhələyə qədəm qoyur ki, bununla da Vaşinqtonun Cənubi Qafqaza diqqəti ən azı 2024-cü ilin iyulundan noyabrına qədər azala bilər. Bundan əlavə, Nikol Paşinyanın mart-aprel aylarında verdiyi bir sıra bəyanatları göstərirdi ki, Ermənistanın baş naziri daxili auditoriyanı sərhədlərin delimitasiyası məsələlərində müəyyən kompromislərə hazırlayır. Beləliklə, Ermənistanın baş naziri qeyd edib ki, bu məsələ ilə bağlı danışıqlar prosesindən imtina “təhlükəsizliyə təhdidlərin davamlı artmasına” gətirib çıxaracaq. Bu danışıqlar fonunda regionda silahlı eskalasiya ehtimalı ən azı yaxın həftələr üçün bir qədər azalıb. Bu cür risklərin azaldılması Moskvanın maraqlarına uyğundur, çünki Bakı ilə İrəvan arasında yeni silahlı münaqişə Ermənistan daxilində Rusiya və KTMT-yə qarşı tənqidlərə yeni səbəblər verəcək, İrəvanla Qərb dövlətləri arasında yaxınlaşmanı daha da sürətləndirəcək. Ona görə də Rusiya iki ölkə arasında münasibətlərin normallaşmasında maraqlıdır”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Həmin o “əsas müxalifət” hələ də düşmən dəyirmanına sü tökür”

Prezidentdən mühüm MESAJLAR

Paralimpiyaçımız FİNALDA

Növbəti köç karvanı Şuşaya çatıb

Ətin qiyməti QALXDI

AYNA-nın Təlim Mərkəzindən ŞİKAYƏT

Dəmrov xəstəliyinin növləri və MÜALİCƏSİ

"Azərbaycan Avropa ilə əlaqələrini genişləndirməkdə davam edir"

Yeni müharibə ocağının alovlanmasının qarşısı alınmasa…

Marsın suyu niyə quruyur?

Nəbi Xəzrinin 100 illiyi qeyd ediləcək

Güclü külək XƏBƏRDARLIĞI

Avtomobillərini bu yerdə qanunsuz park edənlər CƏRİMƏLƏNƏCƏKLƏR

Qadın maşını sındırdı, kişi evi yandırdı

Görün Hafiz Hacıyevin seçkiyə verdiyi qiymət nədir