Fərdi jurnalist yazıları müsabiqəsinin qalibləri mükafatlandırılıb
İyulun 22-də Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) 22 iyul Milli Mətbuat Günü münasibətilə fərdi jurnalist yazıları müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
Versus.Az-ın məlumatına görə, KİVDF-nin fəaliyyətindən, təşkil edilən fərdi jurnalist yazıları müsabiqələrindən bəhs edən Fondun icraçı direktoru Vüqar Səfərli deyib ki, son müsabiqəyə 69 KİV-dən 147 yazı təqdim edilib.
V. Səfərli 19 istiqamət üzrə qalib olan jurnalistlərə mükafatların təqdim ediləcəyini nəzərə çatdırıb. Jurnalistlərə dövlət qayğısından danışan Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov prezident İlham Əliyevin siyasətinin əsasında xalqın və dövlətin maraqlarının durduğunu vurğulayıb.
Daha sonra qaliblərə mükafatlar təqdim edilib.
Xəbər lenti
Sağlamlıq haqqında arayış elektron şəkildə VERİLƏCƏK
"Arayışlar sığorta çərçivəsində qarşılanmır"