“Böyüyəndə əsgər olacam”

13:33 08-10-2019 | icon 1355 | Qarabağ
“Böyüyəndə əsgər olacam”

Bu gün Aprel şəhidimiz gizir Rahim Tağıyevin oğlunun doğum günüdür.

 

Versus.Az xəbər verir ki, əməkdaşı təbrik üçün şəhidimizin xanımı Vüsalə Tağıyeva ilə əlaqə saxlayıb.

 

Qeyd edək ki, şəhidimiz 3 övladını vətənə yadigar qoyub. Bu gün onun balaca oğlu Nicatın ad günüdür.

 

Nicat bildirib ki, doğum gününü dostları ilə qeyd etməyi sevir.

 

“Bu gün mənim on yaşım tamam olur. Ad günümü dostlarımla keçirməyi sevirəm. Ən böyük arzum məktəbi bitirib universitetə qəbul olmaqdır. Ən xoşladığım dərs isə həyat bilgisi və tarix fənnidir. Mən böyüyəndə polis olmaq istəyirəm. Ən əsası isə mən əsgər olacam”.

 

Şəhidin xanımı da oğlu ilə bağlı arzularını bizimlə bölüşüb:

 

“Hazırda Nicatın oxuduğu məktəbin müəllimləri onun ad gününü qeyd edirlər. Bu onun üçün sürpriz oldu. Ümumiyyətlə, Nicatın bu ilki doğum günü bir başqa oldu”.

 

Vüsalə xanım qeyd edib ki, Prezident tərəfindən onlara ev verilməsi, bu gün müəllimlərinin Nicata ad günü sürprizi oğlu və özü üçün böyük hədiyyədir:

 

“Sağ olsunlar ki, Nicatı sevindirdilər. Bu gün oğlumun sevincinin həddi-hüdudu yoxdur. Nicat polis olmaq istəyir, böyük oğlum Nihat isə hərbçi. Seçdikəri peşəyə heç vaxt qarışmaram. Təki təhsilli,vətənə layiqli övlad olsunlar. Arzum budur ki, üçü də atalarının adını daim yaşadan, uca tutan övlad olsunlar”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

COP29-un 9-cu gününün PROQRAMI

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...