Formula 1 Azərbaycan Qran Prisinin biletləri artıq satışda

12:24 22-10-2019 | icon 332 | İdman
Formula 1 Azərbaycan Qran Prisinin biletləri artıq satışda

Bu gündən Formula 1 Azərbaycan Qran Prisi 2020-nin biletlərinin satışına başlanılır.

 

Versus.Az xəbər verir ki, bunu Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) Marketinq və Kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai deyib.

 

Onun sözlərinə görə, biletlər bu gündən şirkətin rəsmi veb saytında satışa çıxarılıb.

 

Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin Kommersiya şöbəsinin rəhbəri Bülent Özərdim deyib ki, yarışın keçirilməsinin 5 illiyi münasibətilə avtoidman həvəskarlarına dördgünlük biletlər 20 faiz endirimlə təklif edilir:

"Endirim kampaniyası 15 yanvar 2020-ci il tarixinə qədər davam edəcək. Həmin tarixdən sonra biletlər tam qiymətlə satılacaq. İlkin endirim kampaniyası ilə birlikdə yerli sakinlərə əlavə 25 faizlik endirim də təqdim olunur. Yerli sakinlər kateqoriyasına Azərbaycan vətəndaşları və ölkədə müvəqqəti yaşama icazəsi olan xarici vətəndaşlar daxildir".

 

Məlumatda deyilir ki, dördgünlük biletlərə tətbiq olunan endirim kampaniyasından əlavə 2-15 yaş arasında olan uşaqlar üçün xüsusi endirimlər tətbiq olunur.

 

Azarkeşlər üçün təklif olunan dördgünlük biletlərin indiki qiymətləri tribunadan asılı olaraq 210-710 manat arasında dəyişir. Azyaşlılar üçün endirimli qiymət müvafiq olaraq 150-500 manat təşkil edir. Ayaqüstü zona üçün biletlərin qiyməti 110-190 manatdır.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

Klipi üçün 10 kilo çəki atdı

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

4 kəndin qaytarılmasına Rusiyadan REAKSİYA

Qorqudun Avroviziya 2024 mahnısının TƏQDİMATI