“Dövlət-din münasibətlərinin əsasını Ulu öndər Heydər Əliyev qoyub”

13:25 14-11-2019 | icon 309 | Siyasət
“Dövlət-din münasibətlərinin əsasını Ulu öndər Heydər Əliyev qoyub”

“Azərbaycan mültikulturalizm dəyərlərini təbliğ edən ölkələrdən biridir”.

 

Versus.Az xəbər verir ki, bunu bu gün Dünya dini liderlərinin II Bakı Sammitində çıxışında Azərbaycan Prezidenti İlham Əliyev bildirib.

 

Dövlət başçısı deyib ki, multikulturalizm Azərbaycanda həm həyat tərzi, həm dövlət siyasətidir:

“Təsadüfi deyil ki, Azərbaycanda bu istiqamətdə bir çox önəmli addım atılıb və bir neçə beynəlxalq mötəbər tədbir keçirilib. Bu tədbirlərin bəziləri ənənəvi xarakter daşıyır. Məsələn, Bakı Humanitar Forumu, BMT tərəfindən dəstəklənən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, BMT Sivilizasiyalar Alyansının Qlobal Forumu, Dünya Dinlərinin Liderlərinin Zirvə Görüşü ənənəvi olaraq keçirilir. Bütün bu tədbirlərin bir məqsədi var: Dinlərarası dialoqu möhkəmləndirmək, dini ayrı-seçkiliyə qarşı mübarizə aparmaq, multikultural dəyərləri təbliğ etmək, beləliklə, dünyada gedən müsbət proseslərə öz töhfəmizi vermək. Çünki biz yaxşı görürük, mətbuatdan da izləyirik ki, dini, etnik, məzhəb zəminində bir çox xoşagəlməz hallar - münaqişələr, qarşıdurmalar, müharibələr, qardaş qanının axıdılması baş verir. Əfsuslar olsun ki, bəzi hallarda psevdodini şüarlar altında cinayətlər törədilir. Biz bu istiqamətdə öz səylərimizi birləşdirməliyik”.

 

Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycanda dövlət-din münasibətləri yüksək səviyyədə tənzimlənir:

“Dövlət-din münasibətlərinin əsasını Ulu öndər Heydər Əliyev qoyub. Heydər Əliyev Azərbaycan xalqının böyük oğludur və bütün dövrlərdə, həm sovet, həm də müstəqillik dövründə xalqa ləyaqətlə xidmət edib. Bütün başqa istiqamətlər üzrə olduğu kimi, dövlət-din münasibətlərinin təməlini də məhz Heydər Əliyev qoyub. Müasir Azərbaycanın inkişaf konsepsiyasını biz onun adı ilə bağlayırıq”. /APA/

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

MHB-nin Göyçay rayon təşkilatı təsis olundu

Bu prospektdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyuldu

Qərb iç üzünü GÖSTƏRDİ

Azərbaycanda yeni peyvənd VURULACAQ

“İctimai proseslər media müstəvisində” - FORUM

Minifutbol millimiz beynəlxalq turnirin QALİBİDİR

Çin Ayda gələcək bazasını göstərdi

Azərbaycanla şərti sərhəddə yerləşən daha bir kənd minalardan təmizlənir

Ağsaqqallıq Allahın təyinatıdır - Firudin Abazəliyev- 72

“Trabzonspor” klubu futbolçusunu cəzalandıracaq

Utandıran XƏSTƏLİK

İnfarkt riskinizi özünüz ölçün

Deputatın səlahiyyətlərinə XİTAM VERİLDİ

Bu günədək 6 754 nəfər Qarabağda və Şərqi Zəngəzurda məskunlaşıb

Tank bölmələrimizin döyüş hazırlığı yoxlanılır