“Heydər Əliyevin 100 illiyi” yubiley medalı təqdim edildi

11:34 08-05-2024 | icon 412 | Mədəniyyət
“Heydər Əliyevin 100 illiyi” yubiley medalı təqdim edildi

Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, 7 may 2024-cü il tarixində Milli Azərbaycan Tarixi Muzeyində bir qrup mədəniyyət və incəsənət xadimi Ümummilli Lider Heydər Əliyev irsinin tədqiqi və təbliği, azərbaycançılıq ideyasının həyata keçirilməsi, ölkənin sosial-iqtisadi, elmi-texniki və mədəni inkişafında, həmçinin dövlət idarəçiliyində və ictimai-siyasi sahədə xidmətlərinə görə “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalı ilə təltif olunub.

 

Versus.Az xəbər verir ki, yubiley medalı Azərbaycan Respublikasının Mədəniyyət naziri Adil Kərimli tərəfindən təqdim edilib.

 

Təltif olunanlar arasında Azərbaycan Respublikasının xalq artistləri Rasim Balayev, Nurəddin Mehdixanlı, Hacı İsmayılov, Səfiqə Məmmədova, Niyaməddin Musayev, Alim Qasımov, Mənsum İbrahimov, Ramiz Quliyev, dirijorlar Rauf Abdullayev Yalçın Adıgözəlov və Teymur Göyçayev, bəstəkarlar Tofiq Bakixanov və Faiq Sucəddinov, Fidan və Xuraman Qasımova bacıları, yazıçılar Anar, Çingiz Abdullayev və Natiq Rasulzadıə, şair Nəriman Həsənzadə, rejissor Mehriban Ələkbərzadə, memar Elbəy Qasımzadə, Vagif Mustafayev, Səkinə ismayılova, Oqtay Mirqasımov, Elmira Axundova və digər tanınmış simalar var idi.

 

 

 

Ayəndə Dadaşova
versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Azərbaycanı yenidən Rusiyaya bağlamaq HƏDƏ-QORXUSU

Keçmiş döyüşçüdən Ali Baş Komandana MÜRACİƏT

Bakıdan azad edilmiş ərazilərə yeni marşrut xətti AÇILACAQ

Cəbrayıl məktəbində çalışan müəllimlərin hamısı cəbrayıllıdır

"ƏDV geri al"la bağlı İDDİA

Peşə təhsili üzrə ixtisasların təsnifatında DƏYİŞİKLİK

"Qaçqınkom"da tələbələrlə görüş keçirilib

Füzulinin 530 illiyinə töhfə

Üç xanım direktor vəzifəsindən azad edildi

Əsrin SİRRİ

18 tələbənin dönərdən zəhərlənməsi ARAŞDIRILIR

"Azərbaycana təzyiq göstərmək cəhdləri faydasızdır"

Türkiyədən tarixi QƏRAR

Laçın və Şuşada ƏMƏK YARMARKALARI

Azərbaycanın "Birgə Atəşkəs Çağırışı" təşəbbüsünə 127 ölkə QOŞULUB