102 yaşlı veteran təltif edilib

11:58 08-05-2024 | icon 254 | Cəmiyyət
102 yaşlı veteran təltif edilib

9 May - faşizm üzərində qələbə günü ərəfəsində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşlarının iştirakı ilə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında görüş keçirilib.

 

Bu barədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti məlumat yayıb.

 

Bildirilib ki, görüş zamanı Dövlət Xidməti rəisinin müavini general-leytenant Mayıl Şahverdiyev təşkilatın sədri Fatma Səttarovaya Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Mürsəl İbrahimovun təbrikini çatdırıb.

 

Mayıl Şahverdiyev qələbənin əldə olunmasında Azərbaycan xalqının böyük töhfəsi və rolunun olmasını, həmvətənlərimizin İkinci Dünya müharibəsində göstərdikləri qəhrəmanlığın gənc nəslə vətənpərvərlik nümunəsi olduğunu qeyd edib.

 

Təşkilatın sədri Fatma Səttarova İkinci Dünya müharibəsində faşizm üzərində qələbə günü ilə bağlı veteranlarla görüşlərin əhəmiyyətini vurğulayıb və onlara göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlığını bildirib.

 

Görüşün sonunda vətəndaşların hərbi vətənpərvərlik tərbiyəsində və vətənpərvərlik təbliğatında göstərdiyi xidmətlərə görə Fatma Hüseyn qızı Səttarova “Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 10 illiyi (2012-2022)” yubiley medalı ilə təltif edilib.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Azərbaycanı yenidən Rusiyaya bağlamaq HƏDƏ-QORXUSU

Keçmiş döyüşçüdən Ali Baş Komandana MÜRACİƏT

Bakıdan azad edilmiş ərazilərə yeni marşrut xətti AÇILACAQ

Cəbrayıl məktəbində çalışan müəllimlərin hamısı cəbrayıllıdır

"ƏDV geri al"la bağlı İDDİA

"Qaçqınkom"da tələbələrlə görüş keçirilib

Füzulinin 530 illiyinə töhfə

Üç xanım direktor vəzifəsindən azad edildi

Əsrin SİRRİ

18 tələbənin dönərdən zəhərlənməsi ARAŞDIRILIR

"Azərbaycana təzyiq göstərmək cəhdləri faydasızdır"

Türkiyədən tarixi QƏRAR

Laçın və Şuşada ƏMƏK YARMARKALARI

Azərbaycanın "Birgə Atəşkəs Çağırışı" təşəbbüsünə 127 ölkə QOŞULUB

COP29-da Bakının adını daşıyacaq 8 BƏYANNAMƏ OLACAQ