Kütləvi imtahanlar elektron formada KEÇİRİLƏCƏK

12:48 08-05-2024 | icon 300 | Təhsil
Kütləvi imtahanlar elektron formada KEÇİRİLƏCƏK

“Kütləvi imtahanlar elektron formada keçiriləcək”.

 

Versus.Az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

 

O, qeyd edib ki, Dövlət qulluğuna və işə qəbul üçün keçirilən imtahanların hamısı bundan sonra elektronlaşdırılacaq:

 

“Dövlət imtahan mərkəzinin yeni açılan imtahan korpusunda hər gün iki növbə olmaqla təqribən 1700 nəfər qiymətləndirmə prosesinə cəlb oluna bilər. İndiyə qədər keçirilən 45 növ imtahandan 21-i elektron formada keçirilib”.

 

M.Abbaszadə əlavə edib ki, ötən il 7 min şəxs elektron imtahanlarda iştirak edib:

 

“Bundan sonra həmin rəqəmlər dəyişəcək. Bu il üçün ilkin mərhələdə kontingenti 2000-dən az olan bütün imtahanlar bu binada keçiriləcək. Gələn ilin imtahan cədvəli barədə düşünülür. Bir il ərzində kontingentin sayı 10 mindən az olan bütün imtahanları elektron şəkildə burada keçirəcəyik”.

 

Məleykə Abbaszadə bildirib ki, təkcə regional bölmələrə yox, tədris mərkəzləri və müxtəlif universitetlərlə əlaqələr yaradılacaq:

 

“Çalışacağıq ki, daha kütləvi imtahanları elektron formada keçirək. Yüksəliş müsabiqəsinin onlayn sessiyası bu həftə burada keçiriləcək. Mayın 13-də başlayır. 5 gün ərzində davam edəcək”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Zəfəri nurlandıran Nurlan” və “Ulu Öndərin işığında” - AMEA-da TƏQDİMAT

Prezident onu MÜKAFATLANDIRDI

Müasir Azərbaycanın dövlətçilik tarixində ƏN PARLAQ SİMA

"Bu uğurların, qələbələrin stansiyasının inşasına 15 iyundan başlanıldı"

Röyanın doğum günündə “Sərxoşam” - KLİP

Bu ölkələrə mesaj VERİLDİ

Azərbaycanda Milli Qurtuluş Günüdür

Xalq artisti şagirdlərlə görüşdü

Şuşa Bəyannaməsinin imzalanmasının üçüncü ili

Çində dənizin dibindən 600 illik əşyalar tapıldı

Qəbul imtahanının NƏTİCƏLƏRİ

"WhatsApp"da YENİ FUNKSİYA

Ajda Pekkan 60 illik arzusunu gerçəkləşdirdi

Bu il qarpızın baha olacağı gözlənilir

Mobil oyun məktəblini "dəli" etdi