Ümummilli liderin xatirəsi yad olundu

14:08 08-05-2024 | icon 290 | Cəmiyyət
Ümummilli liderin xatirəsi yad olundu

May ayının 7-də Xocavənd rayon Nərimanlı kənd tam orta məktəbində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.

 

Versus.Az xəbər verir ki, tədbirdə Xocavənd rayon Nərimanlı kənd tam orta məktəbinin direktoru Aidə xanım Zülfüqarova və məktəbin təşkilati məsələlər üzrə direktor müavini Rübabə xanım Hüseynova çıxış edərək, Ulu Öndərimiz Heydər Əliyevin vətənimizin çiçəklənməsində əvəzsiz xidmətlərindən söz açıblar.

 

Tədbir iştirakçıları çıxışlarında Ulu Öndərimizin irsindən, Azərbaycanın bir dövlət kimi inkişafı yolunda xidmətlərindən danışaraq, onun bu xidmətlərinin danılmaz olduğunu və Ulu Öndərimizin irsinin hər zaman Azərbaycan xalqı üçün əziz tutulacağını bildirərək bir daha Ulu Öndərimizin xatirəsini yad ediblərlər.

 

Həmçinin Ulu Öndərimizin əziz xatirəsinə həsr olunmuş kitablardan stend hazırlanıb. Məktəbin 10-cu sinif şagirdi, AJB üzvü Sevindik Nəsiboğlunun “Ulu Öndərin işığında” adlı kitabı nümayiş olunub.

 

Tədbir məktəbin istedadlı şagirdlərinin iştirakı ilə keçirilən konsert proqramı ilə sona çatıb.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Bu, riyakarlığın və ikiüzlülüyün son həddidir"

Qondarma “azərbaycanlı dəstəsi”ndən XƏBƏR VAR

ÜST ilk meymunçiçəyi testini TƏSDİQLƏDİ

Bakı metrosu ilə bağlı PİS XƏBƏR

Rusiyalı alimdən maraqlı AÇIQLAMA

Bu gün Beynəlxalq MÜƏLLİMLƏR GÜNÜdür

Peraki satılan yerdə İYRƏNC MƏNZƏRƏ

Taksilərlə bağlı YENİLİK

İstanbulda dəhşətli CİNAYƏT

Zəngilanda yeni yaşayış KOMPLEKSİ

"Müəllimlərin cəmiyyətin inkişafında rolu əvəzsizdir"

Türkiyədə bir İLK

Bakı Təşəbbüs Qrupundan BƏYANAT

Vaşinqtonun "məsələnin mənsiz həlli yoxdur" iddiası

Xızıda avtomobil AŞDI