Hər 1000 kişiyə düşən qadınların sayı hiss edilən səviyyədə azalıb

10:22 27-11-2019 | icon 347 | Cəmiyyət
Hər 1000 kişiyə düşən qadınların sayı hiss edilən səviyyədə azalıb

Azərbaycanda 1999-cu ildən sonrakı dövr ərzində ölkə əhalisi arasında cins nisbəti əhəmiyyətli dərəcədə dəyişib. Son 20 ildə hər 1000 kişiyə düşən qadınların sayı hiss edilən səviyyədə azalıb.

 

Versus.Az xəbər verir ki, 1999-cu ildə Azərbaycanda hər 1000 kişiyә 1048 qadın düşdüyü halda, 2009-cu ildə bu göstərici 1021-ə, 2016-cı ildə 1007-ə, 2017-ci ildə 1006-a, 2018-ci ildə 1005-ə, 2019-cu ilin əvvəlində isə 1003-ə enib.

 

Ümumilikdə ölkədə kişilərə düşən qadınların sayının azalmasına baxmayaraq, yaş qrupları üzrə müəyyən fərq müşahidə edilir.

 

Belə ki, son iki ildə ölkədə 29 yaşadək kişilərə düşən qadınların sayı az olsa da, sonrakı yaş qruplarında qadınların sayı kişiləri üstələyib.

 

Son 2 ildə Azərbaycanda 29 yaşadək hər 1000 nəfər kişiyə 1000-dən az qadın düşüb. Başqa sözlə desək, son iki ildə yaşı 29-dək olan hər bir kişiyə bir qadın düşməyib.

 

Lakin 30 yaşdan sonra bu məsələ ilə bağlı vəziyyət dəyişib və hər 1000 kişiyə düşən qadınların sayı 1000-dən çox olub.

 

Ölkədə hər 1000 kişiyə düşən qadınların sayının çoxluğu daha çox 70 və yuxarı yaşlı kişilər arasında qeydə alınır. Bu yaşda olan hər 1000 kişiyə 1462 qadın (2019-cu ilin əvvəlinə olan məlumata əsasən) düşür ki, bu da bütün yaş qrupları üzrə ən yüksək göstəricidir. /Trend/

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

4 kəndin qaytarılmasına Rusiyadan REAKSİYA