“Ağrı gecələr də meydana çıxa bilər və bu zaman…”

22:00 14-12-2019 | icon 2499 | Sağlamlıq
“Ağrı gecələr də meydana çıxa bilər və bu zaman…”

Nərminə Abbasova: “Qanaxma həm mədə, həm də on iki barmaq bağırsaq xorası olan xəstələrdə rast gəlinə bilər”

 

 

“Xora xəstəliyi mədə və on iki barmaq bağırsağın ən çox rast gəlinən xəstəliyidir. Ahıl və qoca yaşlarda olan pasientlər, xüsusilə qadınlarda mədə xorası, cavan və orta yaşlı şəxslərdə, xüsusilə 2 dəfə çox kişilərdə isə on iki barmaq bağırsaq xorası meydana çıxır”.

 

Mayomed Fizioterapiya və Reabilitasiya Klinikasının baş həkimi, həkim-terapevt Nərminə Abbasova Versus.Az-a bildirdi ki, Xora - mədə və on iki barmaq bağırsaq divarının selikli qişadan başlayan dərin qüsurudur. Onun sözlərinə görə, Xoranın ölçüləri 0.2 sm-dən 2-3 sm qədər, dərinliyi isə orqan divarının tam enliyində ola bilər:

 

“Yaranma səbəbləri kimi, mədə turşusunun normadan artıq ifrazını, Helicobacter pylori bakteriyasını, davamlı və ya uzunmüddətli qeyri-steroid iltihab əleyhinə preparatların qəbulunu da göstərmək olar.

Xəstəliyin simptomlarına gəlincə, ən xarakter simptomlardan biri qarın nahiyəsinin yuxarı hissəsində ağrının yaranmasıdır. Bu, çox vaxt ac olan zaman, yəni qida qəbulu arasındakı vaxtda meydana çıxan ağrılardır. Ağrı gecələr də meydana çıxa bilər və bu zaman pasient məcburi olaraq qalxaraq ya dərman ya da qida qəbul etməli olur. Ağrı adətən, qida və ya dərman qəbulundan sonra 30 dəqiqə ərzində dayanır. Xəstəlik üçün spesifik olmayan əlamətlərdən isə ürəkbulanma, qida qəbulundan sonra mədədə ağırlıq hissi, mədənin dolma hissi, nadir halda rahatlıq gətirən qusma, iştahanın azalması, bədən kütləsinin azalması, qıcqırmanı göstərmək olar. Əgər bu simptomlar artıq xoranın kəskinləşməsindən sonra meydana çıxıbsa, bu, çox hallarda ağırlaşmaların verdiyi nəticələrdir”.

 

Həkim-terapevt bildirdi ki, Xora xəstəliyinin ağırlaşmalarına qanaxma, perforasiya (deşilmə), stenoz (mədə və ya on iki barmaq bağırsağın çıxış hissəsinin daralması) aiddir:

 

“Qanaxma həm mədə, həm də on iki barmaq bağırsaq xorası olan xəstələrdə rast gəlinə bilər. Bəzən qanaxma xəstəliyin yeganə əlaməti kimi meydana çıxır. Əgər pasientdə xroniki qanaxma nahiyəsi qeyd olunursa, bu müəyyən vaxtdan sonra zəiflik, tez yorulma, təngnəfəslik, fiziki gərginlik zamanı ürək döyüntülərinin artması kimi əlamətlə özünü göstərəcək. Xəstənin xarici görünüşünə baxdıqda onda dəri və selikli qişaların avazıması nəzərə çarpır. Xoranın qanaxması kəskin və intensiv də ola bilər. Bu da xəstənin həyatını təhlükə altında qoya bilər. Bu zaman isə qeyd etdiyim əlamətlər qəflətən meydana çıxır və sürətlə artır. Bununla yanaşı, xəstədə duru qara rəngli nəcis müşahidə olunur və ya xəstə qəhvəyə bənzər mədə möhtəviyyatı qusa bilər. Massiv qanaxma zamanı tikə şəklində qanlı qusma da müşahidə oluna bilər”.

 

Nərminə xanım qeyd etdi ki, əgər xora xəstəliyi müalicə olunmazsa, bu, həmin orqanda daha dərin dəyişikliklərə gətirib çıxararaq mədə və ya bağırsaq xəstəliyi, daha dəqiq desək, mədə və bağırsağın divarını dağıdır və deşir:

 

“Bu zaman mədə və ya on iki barmaq bağırsaqda olan qida qarın boşluğuna düşür, qarında kəskin "xəncərəbənzər" ağrı meydana çıxır. Perforasiya xoranın həyati təhlükəli ağırlaşmalarından biridir və təcili cərrahi əməliyyat tələb edən bir haldır. Bəzi hallarda isə xora deşilib qarın boşluğuna yox, yaxınlıqdakı orqana "açıla" bilər, məsələn, mədəaltı vəz və ya piyliyə. Bu prosesin adı penetrasiyadır və bu da öz növbəsində cərrahi müalicə tələb edir”.

 

Həkim-terapevt bildirdi ki, Xoranın sağalma prosesi çapıqlaşma - birləşdirici toxuma ilə nəticələndiyindən tez-tez baş verən xoralar bu nahiyələrdə daralma əmələ gətirir. Nəticədə mədədən bağırsağa qidanın keçməsi çətinləşir, bəzən isə ümumiyyətlə keçə bilmir. Adətən günün ikinci yarısında meydana çıxır və gecə ürəkbulanma və qusma ilə nəticələnir. Qusuntu kütləsində 2-3 sutka əvvəl qəbul olan qida qalıqları görünür. Qusma xəstəyə rahatlıq gətirir. Bağırsağa qidalı maddələrin keçməsi azaldığından xəstənin bədən kütləsi azalmağa başlayır.

 

Həkim deyir ki, Xora xəstəliyinin diaqnozunu dəqiqləşdirən ən dəqiq metod endoskopik metoddur:

 

“Bu metod vasitəsilə nəinki xoranı görmək, hətta mədənin çıxış nahiyəsindən hissə götürməyə imkan verir. Bu hissə götürüldükdən sonra XELPEL TEST metodu vasitəsilə bakteriyanın olub-olmamasını aşkarlamaq olur. Bundan əlavə, endoskopik müayinə zamanı xoranın yerli müalicəsi də mümkündür. Rentgen müayinə də xora diaqnozunu dəqiqləşdirmək üçün effektiv müayinədir, amma bəzən bu metod belə səhvən xora diaqnozunun qoyulmasına və xora olsa belə onu aşkarlamaya bilər.

Müalicəsinə gəlincə, ilk növbədə xəstəyə xüsusi rejim təyin olunmalıdır: gün ərzində 5-6 dəfə qida qəbulu, ağrıya səbəb olan və ya onu çoxaldan qidalardan - adi və sərt qəhvə, qazlı içkilər, çay, tomat və bəzi digər məhsullardan imtina etmək. Siqaret çəkənlərə siqareti dayandırmaq məsləhət görülür. Artıq sübut olunub ki, siqaret nəinki xoranın sağalmasını gecikdirir, həmçinin yeni residiv riskini, yəni xoranın yenidən əmələ gəlməsini artırır. Bundan başqa, xəstələrə qeyri-steroid iltihab əleyhinə preparatların qəbulu qadağandır”.

 

DİQQƏT!

Əgər həm mədə, həm də on iki barmaq bağırsağın xora xəstəliyi haqqında daha geniş məlumat almaq və ya müalicə olunmaq (yaxın adamınızı müalicə etdirmək) istəyirsinizsə, Mayomed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinə - həkim-terapevti Nərminə Abbasovaya müraciət edə bilərsiniz:

 

TEL: (012) 464 86 93; 464 86 94; 464 86 95
MOB: (051) 866 02 20; (051) 567 66 96

ÜNVAN: Bakı, Nərimanov, Əhməd Rəcəbli-207.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Azərbaycan burada bir bəhanədir, əsas məqsəd...

"Bayrağımız Qarabağda dalğalanmadıqca içimiz rahat deyildi, bu gün isə..."

Zəfər gününün ruhu, qüdrəti ilə vüqarla dalğalanan BAYRAĞIMIZ

“Zəfərimiz, bayrağımız müqəddəsdir, mənfurların vurduğu ləkəni götürməz”

İTP başqanı Prezident İlham Əliyevi TƏBRİK ETDİ

“Zəfərimiz daimi olsun”

31 ildən sonra Ağdam məscidində AZAN SƏSİ

Dini sammitin iştirakçıları Xankəndidə

Qulağınızda gizlənən təhlükəli XƏSTƏLİK

Məktəblərdə 17 günlük TƏTİL

COP29-da iştirak üçün Bakıya gələnlərin SİYAHISI

“Atamın kölgəsində” - Qarabağ şəhidlərinin əziz xatirəsinə

COP29-un PROQRAMI

Xalq artisti Zəfər günündə konsertlərdə çıxış etdi

COP29-un tədbir məkanı BMT-nin qurumuna VERİLDİ