COP29-da aktivistlər aksiya keçirib
Azərbaycanda keçirilən COP29 tədbiri çərçivəsində bu gün iqlim maliyyəsinin ədalətli şəkildə formalaşdırılması tələbi ilə aksiya baş tutub.
Versus.Az xəbər verir ki, iqlim aktivistlərinin keçirdiyi aksiyada "İqlim maliyyəsi üçün pul ver!", "İqlim maliyyəsi üçün milyardlar yox, trilyonlar!", "İtki və zərər fondunu doldur!", “İqlim dəyişikliyinin məsuliyyəti varlı ölkələrin üzərinə düşür!” və digər şüarlar səsləndirilib.
Aksiyada həmçinin "Detallı İqlim Fakturası" başlığı ilə 10 metr uzunluğunda pankart açılıb.
Xəbər lenti
COP29-un sülh çağırışına və Azərbaycanın təşəbbüslərinə DƏSTƏK
"COP29-un sülh quruculuğu səyləri və COP Atəşkəs təşəbbüsü" - QƏTNAMƏ