Tanınmış xanımlar kəlağayıları ən gözəl və məxsusi tərzdə təqdim etdilər

13:24 27-12-2019 | icon 1042 | Mədəniyyət
Tanınmış xanımlar kəlağayıları ən gözəl və məxsusi tərzdə təqdim etdilər

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın səyləri nəticəsində kəlağayı sənətinin Azərbaycan xalqının milli-mənəvi dəyərlər sistemində və adət-ənənələrimizdə ən mühüm mədəniyyət nümunələrindən olduğu beynəlxalq səviyyədə təsdiq edilib.

 

“Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətindən (ASC) Versus.Az-a verilən məlumata görə, 2014-cü ildə Azərbaycan kəlağayı sənəti “Qadın ipək baş örtüyü kəlağayının ənənəvi hazırlanma və daşınma mədəniyyəti və onun simvolikası” adı ilə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib.

 

“Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin təşəbbüsü ilə xalqımızın geyim etnologiyasının bir hissəsi hesab olunan, gözəllik, zəriflik rəmzi sayılan, qədim tariximizi, mədəniyyətimizi, adət-ənənələrimizi yaşadan bu qədim sənət incisi məşhurların iştirakı ilə ictimaiyyətə təqdim olunub.

 

Ölkənin içtimai-siyasi, sosial və mədəni həyatında fəal rol oynayan tanınmış xanımlar bir araya gələrək, Korporasiyanın törəmə müəssisəsi olan “Azəripək” MMC-nin istehsal etdiyi kəlağayıları ən gözəl və məxsusi tərzdə təqdim ediblər. Milli mədəniyyətimizin ayrılmaz tərkib hissəsi olan bu qədim sənət növünün bütün gözəlliklərini özündə əks etdirən, nəciblik və xanımlıq rəmzi sayılan kəlağayını “Made in Azerbaijan” brendi adı altında dünyaya tanıtmaq məqsədi ilə təşkil edilmiş bu fotosessiyada millət vəkilləri Elmira AxundovaÜlviyyə Ağayeva, xalq artistləri Flora KərimovaHəmidə Ömərova, əməkdar artistlər Sənubər İsgəndərli, Vəfa Zeynalova, Hüsniyyə Mürvətova, aktrisa Sevinc Əliyeva, teleaparıcılar Dilarə Səlim, Nərgiz Cəlilova, Lalə Azərtaş, “Bakı Park Bulvar” AVM-nin PR-meneceri Günay Malikqızı və digər tanınmış simalar iştirak ediblər.

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

4 kəndin qaytarılmasına Rusiyadan REAKSİYA

Qorqudun Avroviziya 2024 mahnısının TƏQDİMATI