ATV SƏHƏRin əməkdaşları bir ilkə imza atdılar

11:18 31-12-2019 | icon 812 | KİV
ATV SƏHƏRin əməkdaşları bir ilkə imza atdılar

Çəkiliş qrupunun səyyar studiyaları bu dəfə sürət qatarında quruldu

 

Azad Azərbaycan Teleradio Kompanyasının ATV Səhər departamentinin əməkdaşları bir ilkə imza atıblar.

 

Versus.Az-ın məlumatına görə, çəkiliş qrupunun səyyar studiyaları bu dəfə fərqli məkanda - Azərbaycan Dəmiryolları Qapalı Səhmdar Cəmiyyətinin rəhbərliyi ilə razılışdırılaraq, sürət qatarında qurulub.

 

Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni ilin gəlişi münasibəti ilə həyata keçirilən layihədə ATV Səhərin yaradıcı kollektivi ilə yanaşı dövlət rəsmiləri, tanınmış müğənnilər və rəqs qrupları iştirak ediblər.

 

Qatarın bələdçiləri də elə verilişdəki rubrikaların aparıcıları olub.

İki saatlıq yayımı təşkil olunan layihə öncədən hazırlanmış ssenari üzrə həyata keçirilib.

 

Beləki paytaxtımıza təşrif buyuran şaxtababa nəvəsi qarqızı itirir. Və bununçün AtV Səhər komandasından kömək istəyir. Bütün əməkdaşların səfərbər olduğu iki saatlıq axtarışlar sonuncu stansiyada öz bəhrəsini verir.

 

Maraqlı layihələri ilə geniş izləyici auditoriyası toplamağı bacaran ATV KANALI bu dəfə də buna nail ola bilib.

 

Versus.Az İnformasiya Agentliyinin komandası da öz növbəsində Azad Azərbaycan Televiziyasının yaradıcı kollektivinə yeni ildə bol-bol uğurlar arzulayır.

LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

4 kəndin qaytarılmasına Rusiyadan REAKSİYA