Zəncəfil çayının möcüzəvi FAYDALARI
00:55 10-01-2020
|
622 |
Sağlamlıq
Rütubətli tropik meşələrdə bitən zəncəfil hind və asiya mətbəxlərində ən populyar inqrediyentdir. Şəfalı xassələrə malik olan bu bitki uzun əsrlərdir ki, müalicəvi məqsədlərlə də istifadə edilir. Zəncəfilin tərkibində sağlamlıq üçün faydalı olan çoxsaylı maddələr var. Onlar ağrını yüngülıəşdirir, həzm sisteminin işini yaxşılaşdırır, ürək bulanmanı aradan qaldırır və yaddaşı gücləndirir.
Zəncəfilin ən çox istifadə olunan hissəsi köküdür. Çünki zəngin faydalı xassələri məhz buradadır. Onu təzə, üyüdülmüş, qurudulmuş ədviyyat və ya yağ kimi istifadə etmək olar.
Versus.Az Medicina.az-a istinadən sizə mütəmadi olaraq zəncəfil istifadə etmək üçün 8 səbəbi təqdim edir.
Zəncəfil xolesterin səviyyəsini azaldır
45 gün ərzində davam edən və xolesterin səviyyəsinin yüksək olduğu 85 nəfərin iştirak etdiyi daha bir araşdırmada məlum olub ki, hər gün 3 qram toz zəncəfil istifadəsi qanda xolesterinin səviyyəsini xeyli aşağı salır. Bundan başqa, tədqiqatçılar ehtimal edirlər ki, bu, ürək-damar xəstəlikləri riskini də azalda bilər.
Zəncəfil həzmi yaxşılaşdırır
Zəncəfildə mədə-bağırsaqda yaranmış qıcığı aradan qaldıran fenol birləşmələri var. Bundan başqa, onlar tüpürcək istehsalını artırır və beləliklə, yediklərimizin bağırsaqlara düşməsini asanlaşdırır. 24 sağlam insanın iştirak etdiyi tədqiqat göstərib ki, yeməkdən qabaq 1,2 qram zəncəfil tozu istehlakı mədə boşaldılmasını sürətləndirir, bununla mədə pozğunluğu problemi 50% azalır. Çinlilər zəncəfili mədə və qarın ağrılarında, ishalda, soyuqlamada və revmatizm xəstəliklərində istifadə edirlər.
Zəncəfil iltihabla mübarizə aparır
Osteoartroz oynaqlarda şiddətli ağrılar yaradan xəstəlikdir. Bu yaxınlarda oynaq ağrılarından əziyyət çəkən 247 nəfərin iştirak etdiyi araşdırmada məlum olub ki, zəncəfildən istifadə insanların dərmanlara daha az ehtiyacı olub, bu isə ağrını xeyli azalıb.
Zəncəfil beyin funksiyasını yaxşılaşdırır
Stress və xroniki iltihab qocalmanı xeyli sürətləndirir, onlar çoxsaylı yaş koqnitivlərinin pozulmasına gətirib çıxarır. Məsələn, altsqeymer xəstəliyi kimi. Araşdırmalar göstərib ki, zəncəfilin tərkibindəki antioksidantlar və bioloji aktiv birləşmələr baş beynində olan iltihablara qarşı güclü reaksiya göstərir.
Orta yaşlı 60 qadının üzərində aparılan bir araşdırma göstərib ki, zəncəfil ekstraktı yaddaşı yaxşılaşdırır. Bu isə o deməkdir ki, beyin sağlamlığına müxtəlif üsullarla kömək edir.
Zəncəfil ürəkbulanmanı aradan qaldırır
Zəncəfilli çay içmək və ya çiy zəncəfil yemək ürəkbulanma üçün effektiv vasitədir. Xüsusilə də xərçəngin müalicəsində, hamiləlik və səhərlər ürəkbulanmanı aradan qaldırır. 1278 hamilə qadının iştirak etdiyi 12 araşdırmanın nəticələrinə görə, 1,1 və 1,5 qram zəncəfil ürəkbulanmanı xeyli azaldır.
Zəncəfil ürək xəstəlikləri riskini azaldır
Qanda şəkərin səviyyəsinin yüksək olması ürək-damar xəstəlikləri riskinin əsas amilidir. 2-ci tip şəkərli diabetli xəstələrin iştirak etdiyi araşdırma isə göstərib ki, hər gün 2 qram toz zəncəfil istifadəsi ürək xəstəlikləri riskini və qanda şəkərin səviyyəsini ən azı 10% aşağı salır.
Zəncəfil anti-xərçəng xüsusiyyətlərə malikdir
Zəncəfilin tərkibində xərçəngin potensial alternativ müalicə metodu kimi çoxsaylı tədqiqatların predmeti olan gingerol maddəsi var. Bir araşdırma göstərib ki, gündəlik 2 qram zəncəfil cövhəri istifadəsi yoğun bağırsaqda iltihab proseslərini azaldır və çürüməsinin qarşısını alır.
Soyuqdəymənin müalicəsində faydalıdır
Soyuqdəymənin yaxınlaşdığını hiss edərkən zəncəfilli çay dəmləmək faydalıdır. Zəncəfilin tərkibində virus əleyhinə komponentlər və infeksiya ilə mübarizədə yardım edən efir yağları var. Aparılan araşdırmalarda zəncəfil cövhəri qəbul edənlər bildiriblər ki, qəbulun səhəri günü özlərini gümrah və güclü hiss ediblər.
Xəbər lenti
COP29-da iştirak etməyən ölkələrin qaranlıq üzü
"Öz təklifləri ilə qəbul edilmiş qanunlara hörmətsizlik edirlər"