Görkəmli alim Sara Aşurbəyliyə həsr olunur

17:29 27-01-2020 | icon 1453 | Mədəniyyət
Görkəmli alim Sara Aşurbəyliyə həsr olunur

“Xalqlar dostluğu” ordeni, “Şöhrət” ordeni, “1941-1945-ci illərdə Böyük Vətən müharibəsindək igid əməyə görə” medal, “Əmək veteranı” medalı, Azərbaycanın əməkdar elm xadimi, Azərbaycan SSR Dövlət premiyası, Azərbaycan SSR Ali Şurası Rəyasət Heyətinin Fəxri Fərmanı, Tağıyev mükafatı, A.Bakıxanov adına mükafat,"İlin qadını" fəxri adı – Sara Aşurbəylinin qazandığı uğurlar.

 

Versus.Az-ın məlumatına görə, AMEA Milli Azərbaycan Tarixi Muzeyində görkəmli tarixçi, tarix elmləri doktoru, əməkdar elm xadimi, Azərbaycan Dövlət mükafatı laureatı Sara Balabəy qızı Aşurbəylinin xatirə tədbiri keçirilib.

 

Tədbiri giriş sözü ilə Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı açaraq, Sara Aşurbəyli haqqında xatirələrini bölüşdü.

 

Daha sonra Sara xanımın yaxın qohumlarından olan Ramiz Aşurlu çıxışında görkəmli alimin şəxsi xatirələri ilə yanaşı öz yaddaşında da həkk olunmuş xatirələrini səsləndirdi.

 

Sara xanımın həmkarlarından biri olan tanınmış numizmat Əli Rəcəbli də alim haqqında fikir və xatirələrini tədbir iştirakçılarına çatdırdı.

 

Tədbirdə iştirak edən qonaqların çoxu Sara xanım haqqında xatirələrilə bölüşməyə hazır idi. Çıxış edənlərin hər biri Sara xanımın gözəl insan, dost, rəssam, musiqiçi, aparırıcı alım olduğunu vurğuladı.

 

Sara Balabəy qızı Aşurbəyli 27 yanvar 1905-ci ildə (bəzi mənbələrə görə 1906-cı il) məşhur neft sahibkarı Balabəy Aşurbəyovun ailəsində anadan olub. 1913-cü ildə Bakıdakı Müqəddəs Nina qadınlar məktəbinin hazırlıq kursunu bitirmişdir. 1920-ci ildə Azərbaycanda Sovet Hakimiyyəti qurulduqdan sonra ailə Türkiyəyə köçür. Stambulda Müqəddəs Janna d’Ark (Institusion Sainte Jeanne d’Arc) fransız kollejində təhsil alan Sara 1925-ciildə buranı əla qiymətlərlə bitirir. Həmin il Bakıya qayıdaraq, Azərbaycan dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin tarix bölməsinə daxil olur.

Sara Aşurbəyli bütövlüklə ömrünü elmə və incəsənətə həsr edib. 1930-ildə Bakı Dövlət Universitetinin şəqrşünaslıq, 1941-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun xarici dillər fakültəsini, həmçinin Əzim Əzimzadə adına Azərbaycan Rəssamlıq Məktəbini (1941) bitirmişdir. Onun diplom işi “Natürmord” adlanırdı. Bu erkən əsər müəllifin şəxsi kolleksiyasındadır. Bu kolleksiyada olan daha iki rəsm əsəri - “Şəki xanlarının sarayı” və “Göy-Göl göl”əsərləri diqqəti cəlb edir. Sara xanımın “Göygöl” adlanan möhtəşəm əsəri Milli Azərbaycan Tarixi Muzeyində qprunur. Böyük Vətən Müharibəsi illərində Sara xanım Azərbaycan Dram Teatrında rəssam-dekorator vəzifəsində çalışmışdır, Azərbaycan Rəssamlar İttifaqının üzvü idi, dəfələrlə müxtəlif sərgilərdə iştirak etmişdir.

 

Sara xanım həm də musiqi ilə maraqlanırdı. O, gözəl fortepiano ifaçısı idi, Azərbaycan melodiyalarını, muğamlarımızı, Avropa klassiklərini ifa edirdi. Üzeyir Hacıbəyov, Fikrət Əmirov, Şopenin pərəstişkarı olan S.Aşurbəyli müğənni Bülbülü də böyük zövqlə dinləyirdi..

Doğma Azərbaycan dili ilə yanaşı, rus, fransız, alman, ingilis, ərəb, fars və türk dillərini mükəmməl bilirdi. 1944-1947-ci illərdə Azərbaycan SSR Elmlər Akademiyasının Tarix İnstitutuna böyük elmi işçi vəzifəsində, 1947-1958-ci illərdə Azərbaycan Dövlət Konservatoriyasının Xarici dillər kafedrasında baş müəllim vəzifəsində çalışmışdır. 27 may 1949-cu ildə Leninqrad Şərqşünaslıq İnstitutunda dissertasiya işini müdafiə etdikdən sonra ona tarix elmləri namizədi elmi dərəcəsi verilmişdir. 1955-1958-ci illərdə Azərbaycan SSR Elmlər Akademiyası Tarix Muzeyinin orta əsrlər şöbəsinə rəhbərlik etmişdir. 1958-1961-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda böyük elmi işçi olmuşdur. 1961-ci ildən Azərbaycan Elmlər Akademiyasının Tarix İnstitutunda böyük elmi işçi vəzifəsində çalışan Sara Aşurbəyli, 10 dekabr 1965-ci ildə Tbilisi şəhərində monoqrafiya üzərində dissertasiya müdafiə etdikdən sonra tarix elmləri doktoru dərəcəsini almış, 1972-1974-cü illərdə Elmlər Akademiyası Tarix İnstitutunun orta əsrlər şöbəsinə rəhbərlik etmişdir. 1993-cü ildən ömrünün sonuna qədər Azərbaycan Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunda aparıcı elmi işçi kimi çalışmışdır.

O, “Bakının tarixinə dair oçerklər”, “Bakı şəhərinin tarixi”, “Orta əsrlərdə Azərbaycan və Hindistanın iqtisadi və mədəni əlaqələri”, “Şirvanşahlar dövlətinin tarixi” və s. kitablarının müəllifidir.

 

Tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşları, tarixçilər, muzey işçiləri, KİV, ictimaiyyət nümayəndələri və qohumları iştirak ediblər.

Sara Aşurbəyli haqqında sənədli film, alimin yüzə yaxın şəxsi əşyalarından ibarət sərgi nümayiş olunmuşdur.

Ayəndə Dadaşova
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

4 kəndin qaytarılmasına Rusiyadan REAKSİYA