Çap sexində yanğın olub
Bakı şəhərinin Nərimanov rayonunda yanğın olub.
Versus.Az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, "Təhsil Nəşriyyat Poliqrafiya" MMC-nin yerləşdiyi dördmərtəbəli binanın 2-ci mərtəbəsində, ümumi sahəsi 85 m² olan cildləmə sexində bir ədəd çap dəzgahı yanıb.
Yüksək temperaturdan sexin lambirindən ibarət tavanı əriyib. Bina yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Xəbər lenti
Sağlamlıq haqqında arayış elektron şəkildə VERİLƏCƏK
"Arayışlar sığorta çərçivəsində qarşılanmır"