Azərbycan-Türkiyə qardaşlığının yaratdığı XOF

15:00 15-06-2023 | icon 803 | Siyasət
Azərbycan-Türkiyə qardaşlığının yaratdığı XOF

Könül İsmayılova: “Sülhə gəlməyənlərə layiq olduqları yer göstəriləcək”

 

Rəcəb Tayyib Ərdoğan seçki prosesində böyük güclərin üzərində qələbə çaldı. Və ardınca Azərbaycana gəldi. Şuşa Bəyannaməsinin ikinci ili ilə əlaqədar Azərbaycandan dünyaya mesajlar etdi. İki dövlətin necə bir qardaşlığı dünyanın diqqətini çəkmiyə bilməzdi.

 

Qardaş ölkələrin prezidentlərinin bu görüşü nəyi diqtə etdi və bu səfər regiona nə vəd edir?

 

Türkiyə Prezidentin səfərini və İlham Əliyevin çıxışını Versus.Az-a şərh edən Nizami rayon İcra Hakimiyyətinin məsul işçisi, Müasir Müsavat Partiyasının Siyasi Şura və İdarə Heyətinin üzvü Könül İsmayılova prezidentlərin birgə bəyanatının önəmindən danışdı.

 

 

Xanım siyasətçi bildirdi ki, Rəcəb Tayyib Ərdoğan Türk Dünyasının iradəsinə söykənərək ona böyük töhfələr verəcək Prezident İlham Əliyevlə birlikdə regiona, dünyaya sülh və əminəmanlıq gətirmək missiyasını həyata keçirəcəklər:

 

“Hər iki prezidentimiz görüşəndən vidalaşanadək bir-birinə QARDAŞ dedilər. Sanki “Türk Dünyasının qardaşlığı budur” dedilər. Və sanki “ey dünya gücləri, hazır olun, Türk Dövlətləri dövrü başlayır” mesajını verdilər. Bir də onu mesaj etdilər ki, Qarabağla, Zəngəzurla bağlı səsləndirdikləri bəyanatlar öz yerini tutacaq. Sülhə gəlməyənlərə isə layiq olduqları yer göstəriləcək”.

 

Prezident İlham Əliyevin Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri ilə əlaqədar bəyanatına diqqət çəkən Könül xanım bildirdi ki, bu dəfə də Ermənistanın sülhdən anlamayan beyninə diqtə edildi ki, artıq Türkiyə-Azərbaycan qardaşlıq əlaqələri qarşısında yeni imkanlar, yeni üfüqlər açılır:

 

“Cənab prezdentin də dediyi kimi, əldə edilmiş bütün uğurların təməlində Türkiyə və Azərbaycan arasında olan qardaşlıq əlaqələri dayanır. Mən deyərdim ki, bir-birinə dost olan heç bir dövlət rəhbərlərində bu cür qardaşlıq münasibətləri yoxdur. Cənab İlham Əliyevin Ərdoğanı yola salarkən aeroporta özü şəxsən maşın sürərək gətrməsi bu qardaşlıqdakı səmimiyyətin bariz nümunəsi oldu. Qoy bu birlikdəliyimiz dostları sevindirsin, düşmənlərə gözdağı olsun.

Bütün bunların fonunda Şuşa Bəyannaməsinə tarixi baxış, bəyannamədəki maddələrin həyata keçirilməsi planı hər iki prezidentin bəyanatları ilə detallıca diqqətə çatdırıldı”.

 

LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

4 kəndin qaytarılmasına Rusiyadan REAKSİYA