Ombudsman rusiyalı həmkarına müraciət etdi 

13:47 14-02-2020 | icon 658 | Cəmiyyət
Ombudsman rusiyalı həmkarına müraciət etdi 

Rusiyada həbsdə olan Azərbaycan vətəndaşı İqrar Məmədovun işgənclərə məruz qalması ilə bağlı Azərbaycan İnsan Hüquqları üzrə Müvəkkili Səbinə Əliyeva münasibət bildirib. 

 

Versus.az xəbər verir ki, İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatından Modern.az-a bildirilib ki, məsələ ilə bağlı Səbinə Əliyeva Rusiya Federasiyasının İnsan Hüquqları üzrə Müvəkkili Tatyana Moskalkovaya müraciət edib.

 

“Rusiya Federasiyası Voloqda vilayətindəki 12 saylı koloniyada (pentensiar müəssisədə) cəza çəkən Məmmədov İqrar Məmməd oğlu barədə yayımlanmış məqalədə əks olunan məlumatlara Ombudsman Səbinə Əliyeva tərəfindən dərhal reaksiya verilib, müvafiq araşdırmanın aparılması və təcili tədiblərin görülməsi ilə bağlı artıq Rusiya Federasiyasının İnsan Hüquqları üzrə Müvəkkili Tatyana Moskalkovaya müraciət edilib”-deyə Ombudsman Aparatından məlumat verilib.

 

Xatırladaq ki, Modern.az-ın “Azərbaycan vətəndaşına Rusiya həbsxanasında dəhşətli İŞGƏNCƏLƏR VERİLİR: 3 ildir hamama buraxılmır, yeməyi yerə atılır” məqaləsində Azərbaycan vətəndaşı İqrar Məmmədovun Rusiyanın Voloqda vilayətindəki 12 saylı cəzaçəkmə müəssisində sistematik işgəncələrə məruz qalması barədə məlumatlar verilmişdi.

 

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

4 kəndin qaytarılmasına Rusiyadan REAKSİYA

Qorqudun Avroviziya 2024 mahnısının TƏQDİMATI