Bəhram Bağırzadə yeni kitabını təqdim etdi

16:23 19-02-2020 | icon 1029 | Ədəbiyyat
Bəhram Bağırzadə yeni kitabını təqdim etdi

Bir neçə gün əvvəl Bəhram Bağırzadə Azərbaycanın ən görkəmli vətənpərvər oğullarından biri olan və “El atası” kimi tanınan H.Z.Tağıyevə həsr etmiş "Hacı Zeynalabdin Tağıyev uşaqlar üçün" kitabını nəşr etdirib.

 

Versus.Az xəbər verir ki, bu dəfə Bəhram Bağırzadənin kitabı satışa çıxmayacaq.

 

Belə ki müəllif bu kitabları uşaqlara paylayacağına söz verib. Söz verdiyi kimi, bu gün kitablarını Milli Azərbaycan Tarixi Muzeyinə onunla görüşə gələn hər bir kəsə hədiyyə etdi.

 

"Sizi, Azərbaycanın böyük övladlarından biri olan Zeynalabdin Tağıyevə böyük sevgi və hörmətlə yaradılan bir kitab gözləyir. H.Z.Tağıyevin həyatı və taleyi vətənə və xalqa xidmətin ən yaxşı nümunəsidir" deyən müəllif, şəxsi "Facebook" səhifəsində bildirmişdir ki, fevralın 19-da saat 15: 00-da bu kitabı əldə etmək istəyən hər kəsi Milli Azərbaycan Tarixi Muzeyində gözləyəcək.

 

Beləliklə, bu görüş baş tutdu. Müəllifin gözlədiyindən də çox gələn pərəstişkarlar B.Bağırzadəni alqışlarla qarşıladı.

 

Tədbiri Muzeyin elmi katibi Fərhad Cabbarov açaraq, uşaqlara Hacı Zeynalabdin Tğıyev barədə qısaca da olsa məlumat verdikdən sonra sözü B.Bağırzadəyə verdi. Qısa çıxışından sonra “İMZA” mərasimi başladı.

Uşaqlar böyük maraqla müəllifə yaxınlaşaraq hədiyyələrini aldı.

Ayəndə Dadaşova
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR

Tarixi dostluq və mehriban qonşuluq

Parlament seçkiləri bu tarixdə keçiriləcək