MSK daha beş seçki məntəqəsində nəticələri etibarsız sayıb

19:25 20-02-2020 | icon 303 | Siyasət
MSK daha beş seçki məntəqəsində nəticələri etibarsız sayıb

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında 57 saylı Kürdəmir Seçki Dairəsindən namizədliyi qeydə alınmış Rəşad Qəribovun müraciətinə baxılıb.

 

Versus.Az xəbər verir ki, MSK üzvü İlkin Şahbazov bildirib ki, deputatlığa namizəd müraciətində səsvermə günü səslərin sayılması prosesində pozuntuların olduğunu iddia edib:

“Namizəd tərəfindən 18 protokol və bir neçə videogörüntü təqdim edilib. Baxış nəticəsində məlum olub ki, 16 protokol orijinal protokollarla eynilik təşkil edir. Burada da seçkinin nəticəsinə təsir edən hər hansı hal aşkarlanmayıb. Sosial şəbəkələrdə yayılan görüntülərə əsasən 7, 18 və 33 saylı seçki məntəqələrində ciddi qanun pozuntuları aşkarlanıb. Ümumilikdə isə 5 məntəqədə pozuntular aşkar olundu. Bunlardan ikisi təqdim edilən 2 protokol əsasında müəyyən edilib. Təklif edirəm ki, 7, 18, 20, 27, 33 saylı seçki məntəqələrində səsvermənin nəticələri ləğv edilsin”.

 

MSK şikayəti müzakirəyə çıxarıb və 7, 18, 20, 27, 33 saylı seçki məntəqələrində  nəticələrin etibarsız sayılması ilə bağlı qərar qəbul edərək, şikayəti qismən təmin edib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

4 kəndin qaytarılmasına Rusiyadan REAKSİYA

Qorqudun Avroviziya 2024 mahnısının TƏQDİMATI