"Ədalət Vəliyevin partiya sədrləri ilə müzakirələr aparmasının nəyi pisdir ki?"

21:08 05-03-2020 | icon 437 | Siyasət
"Ədalət Vəliyevin partiya sədrləri ilə müzakirələr aparmasının nəyi pisdir ki?"

Bütün yaxşı təşəbbüsləri alqışlamaq və dəstəkləmək lazımdır. Ədalət Vəliyevin də məlum təşəbbüsü dəstəklənməlidir".

 

Versus.Az xəbər verir ki, bunu Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevdən və onun siyasi partiyaların sədrləri ilə, təmsilçiləri ilə keçirdiyi görüşlərlə bağlı açıqlamasında Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri Əlisahib Hüseynov bildirib.

 

Partiya sədri vurğulayıb ki, bu görüşlərdə ölkədəki mövcud siyasi durumdan, islahat proseslərindən, siyasi partiyaların mövcud problem və çətinliklərindən, ölkədə demokratik dəyərlərin formalaşmasında siyasi partiyaların oynaya biləcyi mühüm roldan, ölkə həqiqətlərinin dünya birliyinə çatdırılması işində siyasi partiyaların xüsusi gücə malik olmasından, habelə hakimiyyətlə partiyalar arasındakı üzlaşma məsələlərindən danışılır:

 

"Bunun nəyi pisdir ki? Qeyd etdiyimiz bütün bu məsələlər nəinki hakimiyyətin özü və partiyalar üçün, həm də bütövlükdə cəmiyyətimiz üçün mühüm əhəmiyyət kəsb edən aktual məsələlərdir. Ədalət Vəliyevin siyasi partiya təmsilçiləri ilə bu cür tanışlıq görüşləri keçirib onlarla fikir mübadiləsi aparması və onların təkliflərini dinləməyə, müzakirə etməyə hazır olduğunu bəyan etməsi hakimiyyət tərəfindən sözün əsl mənasında yeni demokratik açılım kimi dəyərləndirilməlidir. Nəyə görə demokratik açılım deyirik? Çünki hakimiyyət təkcə iqtidaryönümlü partiyalarla deyil, müxalifət partiyalarının liderləri ilə də təmaslara start verib. Hakimiyyətin bu addımı təqdirə layiqdir. İqtidaryönümlü partiyalarla da, müxalifət partiyalarla da bərabərhüquqlu, konstruktiv dialoq mühiti formalaşdırılır. Biz bunu alqışlayırıq".

 

Əlisahib Hüseynov təəssüflə qeyd etdi ki, iqtidarın bu cür xoşməramlı təşəbbüslərinə də qulp qoymağa, qara yaxmağa, şübhə altına almağa çalışan qüvvələr var. Və həmin qüvvələrin ruporu rolunu "Osmanqızı TV" deyilən bir "Youtube" kanalı oynayır:

 

"Sevinc Osmanqızıdan ibarət olan bu kanal hər kəsə "ekspert"lik qiyafəsi geyindirərək, onları yalnız neqativ səpkidə danışdırmağa çalışır. Milli Şuranın KM-nin üzvü Gültəkin Hacıbəyli və ADR hərəkatının sədri Qubad İbadoğlu ilə aparılan müzakirə də Ədalət Vəliyevin siyasi partiyaların təmsilçiləri ilə görüşlərini qaralamağa, gözdən salmağa hesablanmışdı. Bunlar Əli Həsənovun dövründə iqtidarın siyasi partiyalarla qətiyyən hesablaşmamağından, partiyaları siyasi proseslərdən kənarda saxlamağa çalışmağından şikayətlənirdilərsə, indi də iqtidarın siyasi partiyalarla fəal iş aparmağa başlamasından narazılıq edirlər.

Deməli, bunlara nə versən də, nə etsən də xeyri yoxdur, həmişə giley-güzar edəcəklər. Çünki bunların xisləti, naturası yalnız mənfiliklərə hesablanıb, neqativə köklənib. Bu adamların rəng palitrasında ağ rəngə ümumiyyətlə, yer yoxdur. Daha doğrusu, bunların tanıdığı, bildiyi yalnız bir rəng var, o da ki, ancaq qara rəngdir. Bu "ekspert"lər ölkədə cərəyan edən bütün proseslərə, atılan bütün addımlara qara eynəkdən baxırlar".

 

LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

4 kəndin qaytarılmasına Rusiyadan REAKSİYA