Ölümə səbəb olan üçüncü əsas xəstəlik

18:21 08-03-2020 | icon 1113 | Sağlamlıq
Ölümə səbəb olan üçüncü əsas xəstəlik

Nərminə Abbasova: “Bəzi insanlarda iflic xəstəliyinə meyillilik anadangəlmə olur”

 

“Beynimiz funksiyalarını yerinə yetirmək üçün beyin hüceyrələrini oksigen və mühüm qida maddələri ilə təmin edən daimi qan təchizatına ehtiyac duyur. İflic beyin hissələrinə qan təminatı dayandıqda, beyin hüceyrələri zədələndikdə və ya öldükdə baş verir.

 

İflic xəstəliyi haqqında Versus.Az-a danışan Mayomed Fizioterapiya və Reabilitasiya Klinikasının baş həkimi, həkim-terapevt NƏRMİNƏ ABBASOVA bildirdi ki, iflic keçirmiş insanların təqribən üçdə biri bir aya demək olar ki, sağalır, lakin əksəriyyəti uzun müddətli problemlərlə üzləşir.

 

Həkim-terapevtin sözlərinə görə, səhhətdə əhəmiyyətli dərəcədə yaxşılaşma müşahidə olunması üçün bir il və daha artıq müddət tələb oluna bilər. Təəssüf ki, əksər kəskin hallarda iflic ölümcül ola bilər və uzun müddətli əlilliklə nəticələnə bilər.

 

Nərminə xanım qeyd etdi ki, iflic qəfil baş verir və dərhal öz təsirini göstərir:

 

“İnsan bədəninin bir tərəfi keyləşə, zəifləyə və ya tamamilə iflic ola bilər. Nitqlərində problem yarana, danışarkən sözləri xatırlamaqda çətinlik çəkə bilərlər, yaxud başqalarının nitqini başa düşməkdə çətinlikləri yaranar. Bəziləri görmə qabiliyyətini tamamilə itirə və ya görməsində problem yarana bilər. İflic - beynin hansi hissəsinin zədələnməsindən, zədənin nə dərəcədə yayılmasından və xəstənin səhhətinin iflic keçirməzdən əvvəl hansı vəziyyətdə olmasından asılı olaraq insanlara müxtəlif dərəcədə təsir göstərə bilər. Lakin iflic orqanizmin bir neçə funksiyasını sıradan çıxara bilər”.

 

Belə ki, həkimin sözlərinə görə, iflic olan şəxs düşünmə qabiliyyətini, öyrənə bilmə bacarığını, hiss etmə və ünsiyyət qurma qabiliyyətini itirə bilər.

 

Nərminə xanım qeyd etdi ki, iflicin əlamətləri qəflətən baş verir. Əvvəlcə xəstə özünü xəstə, pis hiss edir və solğun görünür. Onlar qəfil başlayan baş ağrısından şikayət edə bilərlər:

 

“Üzlərində və ya ətraflarında keyləşmə hiss edə bilərlər. Görmə, yerimə və müvazinətlərini saxlamaqda problem yaşaya, bəzən ürəkkeçmə və ya huşunu itirmə müşahidə oluna bilər.

Yaşlandıqca iflic keçirmək riski daha da artır. Amma xeyli sayda gənc və orta yaşlı insanlar da iflicdən əziyyət çəkirlər. Həmçinin kişilər daha çox iflic keçiməyə meyillidirlər. Əvvəllər iflic keçirmiş insanlar böyük ehtimal ki, yenidən iflic keçirə bilərlər”.

 

Həkim deyir ki, siqaret çəkmək, həddindən artıq çox alkoqol qəbul etmək, artıq çəkili olmaq və qanda xolesterolun miqdarının artması qan təzyiqinin qalxmasına və arteriya xəstəliyinə yol açır. Bu isə öz növbəsində iflic riskini artırır. Nərminə xanım vurğuladı ki, iflic damar xəstəliyidir və bu səbəbdən tac damar xəstəliyi ilə ortaq risk faktorlarına malikdir.

 

Həkim-terapevt iflic riskinin necə azaldılmasından da danışdı:

 

“Mütəmadi olaraq qan təzyiqinizi yoxlamaq və müvafiq müalicə almaq üçün həkimə müraciət etmək lazımdır. Siqaretdən tamamilə imtina edilməlidir. Spirtli içkilərdən isə az istifadə edilsə yaxşı olar. Mütəmadi olaraq idmanla məşğul olmaq lazımdır. Çünki idman ürəyi qüvvətləndirir və qan dövranını yaxşılaşdırır. İdman həmçinin artıq çəkidən yaxa qurtarmaqda da yardımçı olacaq. Sağlam qidalanmalı, qanda xolesterolun miqdarına nəzarət olunmalıdır. Diabet xəstəliyi olanlar ümumiyyətlə qanda xolesterolun miqdarına daima nəzarət etməlidir”.

 

Nərminə Abbasova bildirdi ki, iflicə səbəb ola biləcək fiziki dəyişikliklər adətən çox illər ərzində baş verir. Bəzi insanlarda iflic xəstəliyinə meyillilik anadangəlmə olur. Onun sözlərinə görə, yaş, cins, irq və daha əvvəl iflic keçirmək dəyişdirilməsi mümkün olmayan risk faktorlarıdır. Həkim vurğuladı ki, yüksək qan təzyiqi, ürək xəstəlikləri, arteriya divarlarında yağın və xolesterolun toplanması düzgün həyat tərzi yaşamaqla və tibbi müdaxilə ilə azaldıla biləcək risk faktorlarıdır.

 

İflic haqqənda faktlardan söz edən Nərminə xanım deyir ki, iflic əslində ürəkdə deyil, beyində baş verən bir prosesdir:

 

“İflic keçirən şəxsə dərhal tibbi yardım göstərilərsə, onun tez sağalma şansı artır. Hər bir şəxs istənilən yaşda iflic keçirə bilər. İflic əsasən qarşısı alına bilinən bir xəstəlikdir. İflicdən əziyyət çəkənlərin çoxu yenidən danışa bilir. İflic xərçəng və işemik ürək xəstəliyindən sonra ölümə səbəb olan üçüncü əsas xəstəlikdir. O həmçinin əlilliyə səbəb olan əsas xəstəliklərdəndir. İflic qurbanlarının 2/3-sinin yaşı 60-dan yuxarıdır. İflic keçirənlərin 1/5-i iflic baş verdiyi andan bir ay sonra həyatlarını dəyişirlər. Sağ qalanların yarısı isə fiziki cəhətdən əmək qabiliyyətini itirmiş olur. İflic ölüm və xəstəliklərin əsas səbəblərindən biridir. İflic təkcə iflic keçirən şəxsin həyatına deyil, bütövlükdə bütün ailənin həyatına təsir göstərir.

 

DİQQƏT!

Əgər İflic xəstəliyi haqqında daha geniş məlumat almaq və ya müalicə olunmaq (yaxın adamınızı müalicə etdirmək) istəyirsinizsə, Mayomed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinin Baş həkiminə - həkim-terapevti Nərminə Abbasovaya müraciət edə bilərsiniz:

 

TEL: (012) 464 86 93; 464 86 94; 464 86 95
MOB: (051) 866 02 20; (051) 567 66 96

ÜNVAN: Bakı, Nərimanov, Əhməd Rəcəbli-207.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Azərbaycan burada bir bəhanədir, əsas məqsəd...

"Bayrağımız Qarabağda dalğalanmadıqca içimiz rahat deyildi, bu gün isə..."

Zəfər gününün ruhu, qüdrəti ilə vüqarla dalğalanan BAYRAĞIMIZ

“Zəfərimiz, bayrağımız müqəddəsdir, mənfurların vurduğu ləkəni götürməz”

İTP başqanı Prezident İlham Əliyevi TƏBRİK ETDİ

“Zəfərimiz daimi olsun”

31 ildən sonra Ağdam məscidində AZAN SƏSİ

Dini sammitin iştirakçıları Xankəndidə

Qulağınızda gizlənən təhlükəli XƏSTƏLİK

Məktəblərdə 17 günlük TƏTİL

COP29-da iştirak üçün Bakıya gələnlərin SİYAHISI

“Atamın kölgəsində” - Qarabağ şəhidlərinin əziz xatirəsinə

COP29-un PROQRAMI

Xalq artisti Zəfər günündə konsertlərdə çıxış etdi

COP29-un tədbir məkanı BMT-nin qurumuna VERİLDİ