"Koronavirusla mübarizədə vətəndaşların həmrəylik nümayiş etdirməsi vacibdir"

19:33 18-03-2020 | icon 390 | Sağlamlıq
"Koronavirusla mübarizədə vətəndaşların həmrəylik nümayiş etdirməsi vacibdir"

Rəşad Mahmudov: “Sağlam və təhlükəsizlik dünya üçün” şüarı ilə həm də bütün dünyaya xoş bir mesaj vermiş olarıq”

 

Millət vəkili, tanınmış kardiocərrah Rəşad Mahmudov Milli Məclisin plenar iclasındakı çıxışında bütün dünyaya meydan oxuyan koronavirus infeksiyasına qarşı mübarizənin əhəmiyyətindən danışıb, dövlət başçısının rəhbərliyi ilə Azərbaycanda bu sahədə aparılan işlərin yüksək səviyyədə olduğunu vurğulayıb.



Versus.Az xəbər verir ki, millət vəkili həmçinin qeyd edib ki, pandemiya təhlükəsinə çevrilən bu virusa yoluxmamaq üçün hər bir kəs öz üzərinə düşən vəzifəni dürüst yerinə yetirməli, şəxsi məsuliyyət və intizamlılıq prinsipinə əməl etməlidir.


Rəşad Mahmudov koronavirusla mübarizədə vətəndaşların həmrəylik nümayiş etdirməsinin vacibliyinə də diqqət çəkib:

“Koronavirusun ilk aşkar olunduğu ölkənin – Çinin qədim sivilizasiyasının tanınmış filosofu Konfutsinin məşhur bir kəlamı var: “Qaranlığı söymək əvəzinə bir şam yandır”. Bunu nəzərə alaraq təklif edirəm ki, Novruz bayramı axşamı əvvəlcədən təyin olunmuş eyni vaxtda hamılıqla Novruzun ən gözəl atributlarından olan şam yandırıb eyvana çıxmaqla ölkəmizdə ümummilli məsələlərdə həmrəyliyimizi ifadə edə bilərik. “Sağlam və təhlükəsizlik dünya üçün” şüarı ilə həm də bütün dünyaya xoş bir mesaj vermiş olarıq. Təklifim qəbul olunarsa, bu görüntülərdən videoçarx hazırlana bilər və bu sosial əhəmiyyətli videoçarx son günlərdə hamıya bəlli olan – İtaliyada insanların eyni anda eyvanlara çıxıb mahnı oxuması qədər dünyaya inam və ümid ifadəsinin təzhürünə çevrilmiş olar”.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

Klipi üçün 10 kilo çəki atdı

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

4 kəndin qaytarılmasına Rusiyadan REAKSİYA

Qorqudun Avroviziya 2024 mahnısının TƏQDİMATI