Tibbi maskaya alternativlər açıqlandı - FOTO

19:40 19-03-2020 | icon 572 | Sağlamlıq
Tibbi maskaya alternativlər açıqlandı - FOTO

Koronavirusdan müdafiə üçün maskalara alternativlər açıqlanıb.

 

“Sputnik”in məlumatına görə, bu barədə Rusiyanın Virus infeksiyalarının qarşısının alınması və müalicəsi üzrə Araşdırma Mərkəzinin direktoru, immunoloq-infeksionist, allerqoloq Qeorqi Vikulov danışıb.

Vikulovun sözlərinə görə, maska dördqatlı olmalıdır:

 

“Maskanı özünüz tənzif və ya bintdən hazırlaya bilərsiniz. Bu cür müdafiə vasitələri, adətən, hərbi-səhra şəraitində birdəfəlik maska çatışmazlığı zamanı hazırlanır. Bunlar da iki saatdan bir dəyişdirilməlidir”.

 

İmmunoloq qeyd edib ki, maskalar artıq xəstəliyi təsdiqlənmiş və ya onlara qulluq edənlər üçün nəzərdə tutulub. Bundan başqa, risk qrupunda olan insanlar tərəfindən də istifadə olunmalıdır.

İnfeksionistin sözlərinə görə, yanınızda asqıran və öskürən insanlar varsa, şərflə də ağzı örtmək olar.

Vikulov maskalara efir yağları, propolis damcılatmaq barədə deyilənləri də şərh edib:

“Bu, vacib deyil. Virus infeksiyalarından qorunmaq üçün antiseptiklərlə hopdurulmaqdansa, mexaniki maneə vacibdir. Bundan başqa, bəzi insanların bu komponentlərə qarşı allergiyaları ola bilər”.

İnfeksionist hava-damcı infeksiyalarından gözləri də qorumağın zəruriliyindən danışıb:

“COVID-19 infeksiyası selikli qişalardan keçə bilər, buna görə də tibbi və ya “sıfır” eynəklər taxıla bilər. Gün eynəkləri gözləri tamamilə bağlamasa da, bu aksesuarın da köməyi dəyə bilər”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Azərbaycan burada bir bəhanədir, əsas məqsəd...

"Bayrağımız Qarabağda dalğalanmadıqca içimiz rahat deyildi, bu gün isə..."

Zəfər gününün ruhu, qüdrəti ilə vüqarla dalğalanan BAYRAĞIMIZ

“Zəfərimiz, bayrağımız müqəddəsdir, mənfurların vurduğu ləkəni götürməz”

İTP başqanı Prezident İlham Əliyevi TƏBRİK ETDİ

“Zəfərimiz daimi olsun”

31 ildən sonra Ağdam məscidində AZAN SƏSİ

Dini sammitin iştirakçıları Xankəndidə

Qulağınızda gizlənən təhlükəli XƏSTƏLİK

Məktəblərdə 17 günlük TƏTİL

COP29-da iştirak üçün Bakıya gələnlərin SİYAHISI

“Atamın kölgəsində” - Qarabağ şəhidlərinin əziz xatirəsinə

COP29-un PROQRAMI

Xalq artisti Zəfər günündə konsertlərdə çıxış etdi

COP29-un tədbir məkanı BMT-nin qurumuna VERİLDİ