Arzu Bağırova da Koronavirusla Mübarizəyə Dəstək Fonduna pul köçürəcək

21:47 19-03-2020 | icon 751 | Cəmiyyət
Arzu Bağırova da Koronavirusla Mübarizəyə Dəstək Fonduna pul köçürəcək

Arzu Bağırova: "Bizim də üzərimizə düşən, dövlət başçısının bu siyasətinə öz töhfəmizi verməkdir"

 

Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyi də prezidentin bu gün fərmanla yaratdığı Koronavirusla Mübarizəyə Dəstək Fonduna müəyyən miqdarda pul köçürəcəyi təşəbbüsü ilə çıxış edib.

 
 
Versus.Az xəbər verir ki, bunu açıqlamasında təşkilatın sədri Arzu Bağırova bildirib.
 
 
QHT rəhbəri bütün vətəndaş cəmiyyəti institutunun fəal təmsilçilərini ölkə başçısının bu gözəl təşəbbüsünə qoşulmağa səsləyib:
 
"Vətəndaş cəmiyyəti millətimizin yaxşı günündə də, ağır dönəmlərdə, taleyüklü zamanlarda da dövlətimizin yanında olub və bu gün də biz əsrin bəlasına çevrilmiş bu mənhus virusa qarşı ümummilli müqavimət hərəkatı yaratmalıyıq. Dövlətimizinbaşçısı əlindən gələn heç nəyi əsirgəmir və atdığı bütün addımları ilə ölkə vətəndaşlarının qayğısına qalır. Bir sözlə, dövlət üzərinə düşən hər şeyi edir və etməkdə davam edəcək. Vətəndaş cəmiyyəti olaraq bizim də üzərimizə düşən, dövlət başçısının bu siyasətinə öz töhfəmizi verməkdir".
 
 
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Şou-biznesin yaradıcısı - 38 il

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...