Komitə sədri ailələri “#evdəqal” kampaniyasının tələblərinə ciddi şəkildə əməl etməyə çağırıb

15:02 25-03-2020 | icon 41 | Sosial
Komitə sədri ailələri “#evdəqal” kampaniyasının tələblərinə ciddi şəkildə əməl etməyə çağırıb

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova koronovirusla bağlı müraciət ünvanlayıb.

 

Versus.Az xəbər verir ki, müraciətdə deyilir:

 

“Əziz həmvətənlər! Dünya ölkələri yeni bir çağırışla üz-üzə, insanlar isə həyati əhəmiyyət kəsb edən bir sınaq qarşısındadır.

Yeni növ koronavirus - COVİD-19 qlobal təhlükə kimi hamımızı təhdid edir.

Sanitar-epidemioloji salamatlığın təmin edilməsi məsələsi dünya gündəminin 1 nömrəli vəzifəsi olaraq qarşımızdadır. Hər keçən gün artan yoluxma və ölüm halları  ən inkişaf etmiş ölkələrin əhalisinin belə təhlükələrdən qorunmaq üçün tam sığortalanmadığını sübut etməkdədir.

 

Eyni zamanda, bu günə kimi bütün qitələri, regionları və ölkələri bir-birinə bağlayan iqtisadi, mədəni və humanitar əlaqələr, turizm və nəqliyyat strukturu ciddi şəkildə ziyan görməkdədir.

 

Dünyanı bürüyən pandemiya həm də, yer kürəsinin insanlarını, o cümlədən, bizim hamımızı birləşdirən dəyərləri sınağa çəkir.

 

ÜST-ün qərar və tövsiyələrinə uyğun olaraq ölkəmizdə koronavirus infeksiyasının yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədi ilə epidemioloji, tibbi profilaktik və müalicəvi tədbirlərin həyata keçirilməsi üçün qəbul edilən qərarlar və onların operativ həyata keçirilməsi sahəsində xeyli işlər görülüb. Ölkə Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın ciddi diqqəti və nəzarəti altında Nazirlər Kabineti yanında yaradılmış Operativ Qərargah vəziyyətdən çıxış edərək lazımi addımları atmaqda, ölkə əhalisinin sağlamlığının qorunması, baş verə biləcək fəsadların önləyici tədbirlərlə zərərsizləşdirilməsi  üçün təsirli tədbirlər görməkdədir.

 

Dövlətimiz bütün imkanlarını bu vəziyyətdə zərər görə biləcək istiqamətlərin dəstəklənməsi, ölkə xaricində olan soydaşlarımızın, aztəminatlı və həssas qrupların problemlərinin həll edilməsinə, bütövlükdə isə ölkəmizdə yaşayan bütün insanların təhlükəsizliyinin təmin edilməsinə yönəltməkdədir.

 

Bu gün ölkəmizdə də ciddi karantin rejimi tətbiq edilməkdədir. Bakı, Sumqayıt, Abşeron, eləcə də ətraf regionlar arası əlaqələr və nəqliyyat xidməti məhdudlaşdırılıb. Belə bir vəziyyətin doğurduğu çətinliklərin əhali tərəfindən düzgün dəyərləndirilməsi virusun yayılmasının qarşısını almaq üçün görülən tədbirlərdən heç də az əhəmiyyət kəsb etmir. Odur ki, hamımız bir nəfər kimi bu günədək görülən işlərin effektivliyini artırmaq üçün ciddi rejimin qaydalarına əməl etməli, daha çox məsuliyyətli olmalı, təmasları minimuma endirməli, ailədaxili nizam-intizamı gücləndirməli, dövlətimiz, cəmiyyətimiz və bir-birimiz qarşısındakı öhdəliklərə əməl etməliyik. Gəlin unutmayaq ki, bu gün həm də mədəniyyət və mənəviyyatın sınağa çəkildiyi gündür. Min illərin süzgəcindən keçib gələn milli-mənəvi dəyərlərimiz, adət və ənənələrimiz, dünyagörüşümüz bizdən öz yaxın və doğmalarımıza qarşı çox diqqətli olmağı, uşaqlara qayğı, yaşlılarımıza hörmət və ehtiramla yanaşmağı tələb edir. Əksər hallarda bizi onların da hərəkətləri və düzgün davranışı üçün məsuliyyət daşımağa sövq edir.

 

Əziz valideynlər, öz övladlarınızın virusdan qorunmasına cavabdeh olduğunuzu bir an belə unutmayın.

65 yaşdan yuxarı ahıl soydaşlarımız, nə qədər çətin olsa da, “#evdəqal” kampaniyasının tələblərinə ciddi şəkildə əməl edin və ilk növbədə sizə əziz olan doğmalarınızın həyatını təhlükə ilə qarşı-qarşıya qoymayın.

 

Bu günümüzün və gələcəyimizin əsas aparıcı qüvvəsi olan gənclərimiz, dövlətimiz və xalqımız daha çox sizə güvənərək bu çətin günlərdə sizdən kömək və dəstək gözləyir. Hər zaman olduğu kimi, bu gün də özünü və dövlətini qorumanın ən gözəl nümunəsini ortaya qoymaq sizin vəzifənizdir”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Ermənistan savaş istəmirsə, ordusunu Qarabağdan çıxarsın!” - MÜSAHİBƏ

#EvdəQal

“Fövqəladə vəziyyət haqqında” Fərmanda dəyişiklik edildi

"Sizə Azərbaycanın istiqlaliyyəti yerinə məzarlıq bəxş edəcəyəm"

Yoluxduğunuzdan şübhələnirsinizsə, həkimi evə çağırın

#Evdeqal prinsipi ilə...

Sədr köməkçisi vəzifəsindən azad edilib

Bunların koronavirus qorxusu yoxdur: QADAĞALAR GÖZARDINA ALINIR - VİDEO

Hakerlər insanları ianə adı ilə aldatmağa çalışır - FOTO

“Təlimatlara ciddi və qeyd-şərtsiz riayət etməsək..."

Mayası haqdan yoğrulmuş hikmət şairi

İntensiv yağış yağacaq

Koronavirslu xəstələrlə təmasda olan insanları aşkarlayan sistem hazırlanıb

Azərbaycan Dövlət Akademik Musiqili Teatrında dezinfeksiya işləri aparılıb

Koronavirus analizi belə götürülür