Nazirlik: Təkliflər təqdim olunub

00:17 30-03-2020 | icon 463 | Sosial
Nazirlik: Təkliflər təqdim olunub

"Hadisələri qabaqlayıb vətəndaşları çaşdıracaq məlumatlar paylaşmayın"

 

"Hörmətli jurnalistlər! Vətəndaşların sosial müdafiəsi ilə bağlı atılacaq addımlar barədə çoxsaylı suallara cavab olaraq bildirim ki, cənab Prezidentin Sərəncamı ilə yaradılmış məşğulluq və sosial məsələlər üzrə işçi qrup tərəfindən təkliflər hazırlanıb".

 

Versus.Az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Fazil Talıbov deyib.

 

Onun sözlərinə görə, təkliflər aidiyyəti üzrə təqdim olunub:

“Yaxın günlərdə bu barədə ətraflı məlumatlar veriləcək. Xahiş edirəm, hadisələri qabaqlayıb vətəndaşları çaşdıracaq məlumatlar paylaşmayın”.

 

Qeyd edək ki, yeni növ koronavirus (COVID-19) pandemiyasının yaratdığı durumla əlaqədar Azərbaycanda yeni sosial paket təsdiqlənəcək. Bu barədə Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib. İ.Məmmədov deyib ki, pensiyada olanlar, yaranmış vəziyyətlə bağlı işdən və təhsildən azad edilən insanlar evdə otursalar, günəmuzd işlə məşğul olan insanların işləməsinə rahat şərait yaratmış olarlar:

“Amma onlar bunu etmirlər. Ona görə də dövlət məcbur olur ki, daha çox qaydaları sərtləşdirsin. Mümkündür ki, bu, gündəlik işlə məşğul olub ailəsinə ruzi aparan insanların da haradasa hərəkətlərini məhdudlaşdırır. Amma onu da qeyd edim ki, dövlət onları nəzərə alır. Çox tezliklə, yəqin ki, aprelin ilk günlərində hökumət həm fiziki, həm hüquqi şəxslər, həm də sosial müdafiəyə ehtiyacı olan qrupların sosial müdafiəsi ilə bağlı təklifləri qəbul edərək təsdiqləyəcək”.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

4 kəndin qaytarılmasına Rusiyadan REAKSİYA