"Bu gün iqtidar-müxalifət düşərgəsinə bölünmək lazım deyil"

17:52 01-04-2020 | icon 453 | Siyasət
"Bu gün iqtidar-müxalifət düşərgəsinə bölünmək lazım deyil"

İqbal Ağazadə: "Bütün vətəndaşları rəsmi qərarlara əməl etməyə çağırıram"

 

“Hesab edirəm ki, “#evdəqal” kampaniyası ilə sosial təcridetmə ən doğru addımlardan biridir. Virusun qarşısını almaq, cəmiyyəti, insanları xilas etmək üçün ən optimal yollardan biri olduğunu nəzərə alıb, bu kampaniyaya əməl etmək lazımdır".

 

Versus.Az xəbər verir ki, bunu açıqlamasında Ümid Partiyasının sədri İqbal Ağazadə bildirib.

 

Partiya sədri təəssüflə qeyd edir ki, insanlarımız hələ də məsuliyyətsiz davranırlar:

 

"İşləməyən insanlarla bağlı problemlər var. Amma dünən İqtisadiyyat naziri Mikayıl Cabbarovun çıxışından belə anladım ki, aprel ayının ilk günlərindən sosial paketlər həyata keçiriləcək. Eyni zamanda, dünən Prezidentin bir milyard yarım vəsait ayırması onun göstəricisidir ki, hökümət bu məsələlərə diqqət ayırır. Ona görə də “evdə qal” kampaniyasına hər kəs əməl etməlidir. Bütün vətəndaşları rəsmi qərarlara əməl etməyə çağırıram. Hər şey vətənimiz və insanlarımız üçün olmalıdır".

 

Belə bir durumda iqtidar-müxalifət düşərgəsinə bölünməyi lazımsız sayan İ.Ağazadə vurğulayıb ki, bu gün hamımız yumruq kimi bir olmalıyıq:

 

"Çünki bu, hamımızın bəlasıdır. Bu virus hər bir insanımızın qapısını döyə bilər. Əvvəlcə insanımızı, dövlətimizi bu bəladan qurtaraq, sonra hər kəs öz mövqeyində qalsın. Böyük Vətən müharibəsində "Hər şey cəbhə üçün" olduğu kimi, bu gün də "Hər şey insanımız üçün" devizi ilə olmalıdır. Mövqeyindən asılı olmayaraq, hər kəs dövlətimiz və sağlam gələcəyimiz üçün bir olmalıdır".

 

LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

4 kəndin qaytarılmasına Rusiyadan REAKSİYA

Qorqudun Avroviziya 2024 mahnısının TƏQDİMATI