“Azərbaycana qarşı informasiya müharibəsi aparırlar” – MÜSAHİBƏ

15:25 02-04-2020 | icon 503 | Siyasət
“Azərbaycana qarşı informasiya müharibəsi aparırlar” – MÜSAHİBƏ

Asim Mollazadə: “Qarabağda hərbi cinayətlər törətmiş, Xocalı soyqırımını həyata keçirmiş cinayətkarlar beynəlxalq tribunala, ədalət məhkəməsinə çəkilsinlər

 

Martın 31-də erməni faşistlərinin Azərbaycanda törətdiyi soyqırım günüdür. Elə həmin tarixdə erməni separatçıları işğal etdikləri torpaqlarımızda “seçki bayramını” elədi. İşğalçı, Azərbaycan torpaqlarında soyqırımlar törədən terrorçu hərbi birləşmələrinin torpaqlarınmızda beynəlxalq hüquqa məhəl qoymayaraq etdiyi özbaşınalıq və bununla yanaşı demokratiyadan danışan beynəlxalq güclərin buna səssiz qalması absurd  görünür. Nə baş verir, dünya ictimaiyyəti niyə ədalətin bərqərar olunmasına bu cür laqeyd yanaşır?

 

Versus.Az millət vəkili Asim Mollazadənin bu və ya digər məsələlərlə bağlı müsahibəsini təqdim edir.

 

- Asim müəllim, bu günlərdə Azərbaycan xalqı növbəti acı tarixini – 31 mart Azərbaycanlıların Soyqırım Gününü andı. Bu tarixə baxanda nələri müşahidə etmək olar, üzləşdiyimiz bu bəlaların kökündə nə dayanır?

 

- Azərbaycan xalqına qarşı törədilən bu soyqırım bolşevik və erməni millətçilərinin birgə fəaliyyəti nəticəsində həyata keçirilib. Bolşevik partiyasının Azərbaycandakı nümayəndəsi, Leninin təmsilçisi Stepan Şaumyanın rəhbərliyi ilə azərbaycanlıların etnik təmizləmə siyasətini həyata keçirib,  bölgəni öz nəzarətləri altına almaq istəyirdilər. Biz bütün dünyaya çatdırmalıyıq ki, bolşeviklər və erməni cinayətkarları tarixən Azərbaycanda etnik təmizləmə, genosid siyasəti aparıblar. Ermənilərin mənfur siyasəti bu gün də davam edir. 1 milyona yaxın azərbaycanlı etnik təmizləmə siyasətinin qurbanı olub. Hazırda Ermənistanın yerləşdiyi Azərbaycanın qədim torpaqlarında bir nəfər də olsa azərbaycanlı yaşamır, deportasiya ediliblər. Azərbaycanın qədim mədəni mərkəzi olan Qarabağ işğal altındadır. Qarabağın ətrafındakı bölgələrdə aparılan etnik təmizləmələrin nəticəsində orada bir nəfər də azərbaycanlı yaşamır.

 

- Tarixi faktlar Azərbaycana qarşı cinayət və soyqırımları sübut olaraq ortaya qoyur. Nəhayət, bu məsələ ilə bağlı Beynəlxalq Məhkəmələrə müraciət etməyin vaxtı deyilmi?

 

- Bunun vaxtı çoxdan çatıb. Bu istiqamətdə çox işlər görülməlidir. Bizə qarşı çox ciddi, güclü düşmən dayanıb. Onlar Azərbaycanla müharibəni tək səngərlərdə aparmırlar. Bütün dünyada ermənilərin Azərbaycana qarşı müharibəsi gedir. Ona görə də bizim dövlətimiz daha güclü olmalıdır. Azərbaycanın iqtisadi imkanları daha geniş olmalıdır ki, bu müharibədə qalib gələk. Azərbaycana qarşı erməni cinayətləri təkrar olunur.  Müharibə bitməyib, müharibə daha ağır mərhələyə gəlib çatıb. Ona görə də biz hamımız səfərbər olmalı, vahid bir qüvvə kimi Azərbaycan dövlətini qorumalıyıq. Biz çalışmalıyıq ki, erməni cinayətlərini bütün beynəlxalq təşkilatlara çatdıraq. Çalışmalıyıq ki, beynəlxalq təşkilatlar məhz bu tarixi görsünlər. Biz hər zaman tələb eləməliyik ki, Qarabağda hərbi cinayətlər törətmiş, Xocalı soyqırımını həyata keçirmiş cinayətkarlar beynəlxalq tribunala, ədalət məhkəməsinə çəkilsinlər. Biz çox iş görməliyik, çünki ermənilər dünyada kifayət qədər maliyyə və siyasi imkanlara malikdirlər. Və onlar hər bir üsuldan istifadə edərək, Azərbaycana qarşı informasiya müharibəsi aparırlar. Bu günlər Azərbaycanın vitse-prezidenti Mehriban xanım xalqa müraciət elədi. Biz bu müraciəti dünyaya yaymalıyıq. Azərbaycan dövlətinin mövqeyini dünyaya çatdırmaq üçün çox işlər görməliyik. Bu, Azərbaycan dövlətçiliyinin, müstəqilliyinin  müdafiəsi deməkdir.

 

- Erməni separatçıları 31 martda işğal etdikləri Qarabağda “parlament, prezident seçkisi” keçirdilər. Buna parlamentin, ümumilikdə Azərbaycanın münasibəti nə olmalıdır?

 

- Azərbaycan dövlətinin birmənalı mövqeyi var: bu, işğalçının oyunlarıdır. Təbii olaraq dünyada heç kəs bu seçkiləri tanımayacaq. Düşünürəm ki, Azərbaycanla yanaşı, ərazilərini itirmiş digər ölkələrin də bu məsələ ilə bağlı mövqeyi mühümdür. Hüququn aliliyi uğrunda mübarizə aparmaq lazımdır. Çünki bizim mövqeyimiz haqlıdır və beynəlxalq hüquq normalarına əsaslanır. Bu normaları pozanlar dünyaya bəlli olmalıdır.

 

“Azərbaycan bununla yanaşı Parlament Diplomatiyasını gücləndirməlidir”

 

- Beynəlxalq təşkilatlar bizim məsələyə laqeyd yanaşırsa nə etməliyik?

 

- Dünyada mübarizə gedir. Çox təəssüf ki, dünyada hüququn aliliyi deyil, gücün aliliyi ilə rastlaşırıq. Haqq-ədalət uğrunda mübarizə kəskin davam edir. Bütün beynəlxalq təşkilatların rəhbərliyində erməni lobbiləri təmsil olunur. Onlar bir sıra istiqamətlərdə Azərbaycana qarşı qarayaxma kampaniyası ilə məşğuldurlar. Azərbaycan xalqının, dövlətinin imicinə xələl gətirmək istəyirlər. Ona görə də mən xalqımızı bu mübarizədə milli birliyə çağırıram. Azərbaycanlılar birləşməlidirlər. Bu oyunlara son qoymaq üçün dövlətimizi möhkəmləndirərək, Azərbaycanın haqqları uğrunda müharibəyə hazır olmalıyıq.

 

- Asim müəllim, bəs niyə bu lobbiliçilik fəaliyətini qura bilmirik?

 

- Mən onu xatırlatmaq istərdim ki, ermənilər bu prosesi 100 ildən artıqdır ki, aparır və kifayət qədər güclü təşkilatlanıblar. Azərbaycan gənc dövlətdir və biz bu istiqamətlərdə mübarizəyə indi başlamışıq. Son illər müəyyən addımlar atılıb. Lakin bu mübarizədə ermənilərə qalib gəlmək üçün müəyyən yol keçməliyik. Daha çox iş görülməlidir. Azərbaycanlıların bir xüsusiyyəti var ki, hamı vətəndə yaşamağa üstünlük verir. Bizim ermənilər kimi ölkələrə səpələnmiş cəmiyyətimiz yoxdur. Ermənilərin bir çoxu dünyada çox ciddi mövqelərdə çalışırlar.  Azərbaycan bununla yanaşı Parlament Diplomatiyasını gücləndirməlidir. Beynəlxalq təşkilatlarda öz işini gücləndirməlidir. Bizim müharibəmiz ancaq səngərdə getmir. Bizim müharibəmiz bütöv dünyada gedir və bunu gözümüzün qarşısına alaraq Azərbaycan dövləti güclənməlidir. /baxar.az/

 

T.Qafarlı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

4 kəndin qaytarılmasına Rusiyadan REAKSİYA

Qorqudun Avroviziya 2024 mahnısının TƏQDİMATI