Deputatdan imkanlı şəxslərə daha bir ÇAĞIRIŞ

15:46 22-04-2020 | icon 336 | Siyasət
Deputatdan imkanlı şəxslərə daha bir ÇAĞIRIŞ

Qənirə Paşayeva: "Hər kəsi koronavirusla mübarizədə öz töhfəsini verməyə çağırıram"

 

Millət vəkili, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayevanın təşəbbüsü və çağırışı ilə Tovuz rayonunun ön cəbhə kəndlərində yaşayan sakinlərə dünyada pandemiya olan koronavirusdan qorunmaq məqsədilə 500 maska göndərilib.

 

Versus.Az xəbər verir ki, bu maskalar tanınmış modelyer Afaq İsmayılzadə tərəfindən hazırlanaraq şəhid ailələri, müharibə əlilləri, qazilər, tənha şəxslər, aztəminatlı ailələrinə hədiyyə edilib.

 

Qənirə Paşayeva millət vəkili seçildiyi Tovuz rayonu 105 saylı seçki dairəsi ilə bağlı müraciətinə belə çətin günlərdə həssaslıqla yanaşan tanınmış modelyer Afaq xanım İsmayılzadəyə təşəkkür edib və minnətdarlığını bildirib.

 

"Pandemiya başlayan zamandan bu günə qədər pandemiya səbəbindən çətin vəziyyətə düşən insanlarımıza dəstək olaraq Dövlətimizin yanında olan bütün insanlara təşəkkür edirəm" deyən Qənirə Paşayeva hər kəsi öz imkanları daxilində dünyanı cənginə almış karonavirusla mübarizədə öz töhfəsini verməyə, xalqımızın sağlamlığı, dövlətimizin rifahı naminə dövlətimizin müəyyən etdiyi qaydalara riayət etməyə çağırıb:

"Cənab Prezidentimizin bildirdiyi kimi "Biz birlikdə güclüyük" və hər kəs öz imkanları daxilində dünyanı cənginə almış karonavirusla mübarizədə öz töhfəsini verməli, xalqımızın sağlamlığı, dövlətimizin rifahı naminə dövlətimizin müəyyən etdiyi qaydalara riayət etməlidir".

 

Q.Paşayeva qeyd edib ki, Heydər Əliyev Fondunun pandemiya səbəbindən çətin vəziyyətə düşən ailələrə dəstək aksiyasını yüksək qiymətləndirərək hər birimiz bu addımlardan örnək alaraq belə ailələrə dəstəyimizi daha da artırmalıyıq.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

MHB-nin Göyçay rayon təşkilatı təsis olundu

Bu prospektdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyuldu

Qərb iç üzünü GÖSTƏRDİ

Azərbaycanda yeni peyvənd VURULACAQ

“İctimai proseslər media müstəvisində” - FORUM

Minifutbol millimiz beynəlxalq turnirin QALİBİDİR

Çin Ayda gələcək bazasını göstərdi

Azərbaycanla şərti sərhəddə yerləşən daha bir kənd minalardan təmizlənir

Ağsaqqallıq Allahın təyinatıdır - Firudin Abazəliyev- 72

“Trabzonspor” klubu futbolçusunu cəzalandıracaq

Utandıran XƏSTƏLİK

İnfarkt riskinizi özünüz ölçün

Deputatın səlahiyyətlərinə XİTAM VERİLDİ

Bu günədək 6 754 nəfər Qarabağda və Şərqi Zəngəzurda məskunlaşıb

Tank bölmələrimizin döyüş hazırlığı yoxlanılır