Bu dövlət əmlakları özəlləşdirilir

12:17 30-05-2018 | icon 815 | İqtisadiyyat
Bu dövlət əmlakları özəlləşdirilir

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 27 iyun tarixində növbəti hərrac keçiriləcək.

 

Komitədən Versus.Az-a verilən məlumata görə, hərrac vasitəsilə özəlləşdirilməsi nəzərdə tutulan dövlət əmlakının sayı 114-dür. Bunlardan 24-ü səhmdar cəmiyyəti, 23-ü qeyri-yaşayış sahəsi, 31-i kiçik dövlət müəssisə və obyektləri, 36-sı isə nəqliyyat vasitəsidir.

 

İri həcmli investisiyalar təmir-tikinti, sənaye, aqrar, nəqliyyat sahələri ilə bağlı təklif olunan səhmdar cəmiyyətləri arasından seçim edilərək böyük biznes layihələrinə cəlb oluna bilər. Səhmdar cəmiyyətləri paytaxtla yanaşı Salyan, Sabirabad, Yevlax və digər bölgələrdə yuxarı gəlir mənbəyinə çevrilə bilər. Yevlax şəhərində 2 nəqliyyat, 2 təmir-tikinti, 1 sənaye sahəsinə aid səhmdar cəmiyyətləri təklif olunur. Qax şəhərində yerləşən “Qax Taxıl”, Abşeron rayonu, Masazır kəndində yerləşən “Masazır quşçuluq” kimi səhmdar cəmiyyətlərinin özəlləşdirilməsi, aqrar sahənin inkişafına dəstək olmaqla yanaşı, investora yüksək gəlirlər gətirə bilər.

 

Hərraca çıxarılan iaşə və xidmət obyektlərinə Astarada yerləşən “Azərbaycan” kinoteatrı, Bakıda yerləşən “Aydınlıq” şadlıq evi və digər dövlət əmlakları daxildir. Kiçik dövlət müəssisə və obyektlərindən 11-i Bakıda, 20-si isə bölgələrdə yerləşir.

 

Özəlləşdirməyə çıxarılmış qeyri-yaşayış sahələrinin isə 21-i Bakıda, digər 2-si Gəncə və Mingəçevirdə yerləşir. Ümumi faydalı sahəsi 14.7 kv.m ilə 179.1 kv.m aralığında dəyişən belə qeyri-yaşayış sahələrinin 17-si bina zirzəmisi, 6-sı binanın bir hissəsi, 1-i ayrı tikili formasındadır.

 

Avtomobil almaq arzusunda olan şəxslər təklif olunan əmlaklarla tanış olaraq hərracda iştirak edə bilər. Hərraca çıxarılan müxtəlif markalı 2008-ci və 2009-cu illərdə istehsal olunmuş, ilkin qiyməti 8500-12973 manat intervalında olan nəqliyyat vasitələri hər bir şəxsə unikal seçim etmək imkanı yaradır.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

MHB-nin Göyçay rayon təşkilatı təsis olundu

Bu prospektdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyuldu

Qərb iç üzünü GÖSTƏRDİ

Azərbaycanda yeni peyvənd VURULACAQ

“İctimai proseslər media müstəvisində” - FORUM

Minifutbol millimiz beynəlxalq turnirin QALİBİDİR

Çin Ayda gələcək bazasını göstərdi

Azərbaycanla şərti sərhəddə yerləşən daha bir kənd minalardan təmizlənir

Ağsaqqallıq Allahın təyinatıdır - Firudin Abazəliyev- 72

“Trabzonspor” klubu futbolçusunu cəzalandıracaq

Utandıran XƏSTƏLİK

İnfarkt riskinizi özünüz ölçün

Deputatın səlahiyyətlərinə XİTAM VERİLDİ

Bu günədək 6 754 nəfər Qarabağda və Şərqi Zəngəzurda məskunlaşıb

Tank bölmələrimizin döyüş hazırlığı yoxlanılır