“TRT Rusca” xəbər kanalı açıldı

12:13 25-05-2020 | icon 357 | Dünya
“TRT Rusca” xəbər kanalı açıldı

Türkiyə Radio Televiziya Qurumu (TRT) yeni xəbər kanalı “TRT Rusca” ilə 24 maydan rəqəmsal platformalarda yayım həyatına başlayıb.

 

Versus.az xəbər verir ki, bu kanal Türkiyənin səsini beynəlxalq aləmə çatdıran TRT-nin xarici dillərdəki yayımlarını artırmaq və daha geniş efir məkanın əhatə etmək layihəsi çərçivəsində qurulub. TRT radio və televiziya kanalları rəqəmsal platformaların beynəlxalq sahədə apardığı uğurlu xəbərçilik yolu ilə inkişafa doğru gedir.

 

“TRT Rusca” müxtəlif süjetlər, məlumatlandırıcı xəbərlər və cəlbedici videolarla rusdilli tamaşaçıların görüşünə gəlib. İlkin açıqlamalara görə, kanal regional və qlobal əlaqələrdə məlumatlandırıcı və tarazlıqlayıcı mövqeyi ilə seçilməyi hədəfə alıb.

 

“TRT Arabic”, “TRT World” və “TRT Deutsch”dan sonra “TRT Rusca”nın yayımlanması ilə TRT dünya səviyyəsində təsirli bir media markası olmaq yolunda addımlarını irəliyə atmaqdadır.

 

Qeyd etmək lazımdır ki, TRT-nin xarici dillərdəki yayımları təkcə Türkiyənin yox, Azərbaycan başda olmaqla bütün türk dünyasının maraqlarını əks etdirən məlumatları izləyicilərinə çatdırır. “TRT Rusca” kanalı da ənənəni davam etdirəcək.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Bəhramı EKMO cihazından ayırdılar - süni tənəffüs aparatına qoşdular

Şuşada da koronavirus TAPILDI

Prezident Türkiyə ilə vacib sazişi TƏSDİQLƏDİ

Mediadan Prezidentin Sərəncamına ilkin REAKSİYALAR

"Bu film ölkəmizə və xalqımıza qarşı düşmənçilik hissini gücləndirir"

Koronavirusdan bu vasitə ilə qorunmaq olar

Paytaxtdakı partlayışda ölü sayı 18-ə çatdı

Tural Gəncəliyev beynəlxalq konfransda erməni terrorundan DANIŞDI

Cəbhədə gərginlik artıb

Messi "Barselona"nı tərk EDİR

Atəşkəs rejimi 52 dəfə pozulu

Cəbhədə gərginlik

"Nazirlikdə erməni mənşəli insanların iş başında olması..."

Səhiyyə Nazirliyi koronaviruslu xəstələri müalicə edən tibb işçilərini topladı

Prezidentin iştirak etdiyi, dövlət layihələrində musiqi prodüseri