“MMP Prezidentə dəstək üçün mübarizənin ön cərgələrindədir”

12:38 10-06-2020 | icon 720 | Siyasət
“MMP Prezidentə dəstək üçün mübarizənin ön cərgələrindədir”

Bəhram Sultanov: “Harın məmurlar vəzifədən uzaqlaşdırılsalar da, dövlətdən oğurladıqlarını özlərində saxlayıblar”

 

 

“Azərbaycanın illərlə yığılıb qalmış çətinliklərinə, Qarabağ  problemi kimi ağır dərdinə COVİD-19 pandemiyası təhlükəsi də əlavə olundu. Bunlarla yanaşı, əhalini həmişə narahat edən məmur özbaşınalığı, dövlətimizin etibarından sui-istifadə edərək korrupsiyaya qurşanmış azğın bir zümrə ilə mübarizə günümüzün ən aktual probleminə çevrilib”.

 

Versus.Az xəbər verir ki, bunu mövcud durumla bağlı açıqlamasında Müasir Müsavat Partiyasının Yevlax rayon təşkilat sədri Bəhram Sultanov bildirib.

 

Təşkilat sədri qeyd edib ki, yaşamaq üçün zəruri ehtiyaclarını qarşılamaqda çətinlik çəkən insanların “qanını soran” bəzi harın məmurlar, oliqarxlar tutduqları vəzifədən uzaqlaşdırılsalar da, talan və oğurluq yolu ilə əldə etdikləri saysız-hesabsız dövlət sərvətlərinin çox hissəsini hələ də özlərində saxlayıblar:

“Son vaxtlar cənab Prezident İlham Əliyevin təşəbbüsü ilə başlanmış köklü islahatlar əhalidə böyük ümidlər yaradıb. Sosial islahatların aparılması bütün dövrlərdə və bütün ölkələrdə çətin və daha çox məsuliyyət tələb edən işdir. Ulu öndər Heydər Əliyevin başladığı sosial islahatlar cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının imzaladığı fərmanlarla onlarca proqram qəbul edilib və həyata keçirilir.

Eyni zamanda, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə bir sıra sosial, humanitar layihələr, habelə valideyn himayəsindən məhrum uşaqların, I və II qrup əlil uşaqların təhsil haqlarının ödənilməsi təhsil və səhiyyə sahəsində islahatların bir mərhələsi kimi olduqca əhəmiyyətlidir.

MMP Yevlax rayon təşkilatı olaraq həmişə prezidentimizin xalqın rifahı naminə apardığı müdrik siyasətini dəstəkləyən xalqla dövlətin vəhdətinə xələl gətirənlərə qarşı mübarizənin ön cərgələrindəyik”.

 

Prezident İ.Əliyevin dəfələrlə dövlətin prioritet istiqaməti Azərbaycan vətəndaşlarının sosial rifah halının yaxşılaşdırılması bəyanatına diqqət çəkən B.Sultanov vurğulayıb ki, son dövrlər aparılan islahatlar sosial sahədə atılan addımların davamı kimi ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılanır:

“Bu gün əhalinin böyük əksəriyyətinin dövlət başçısından razılığ göz önündədir. Təəssüflər olsun ki, bəzi kiçik və böyük məmurlarla əhali arasında ciddi problem yaşanır. Müəyyən mövqe tutan məmurlar var ki, nə özləri, nə də övladları xalqa hörmət etmək istəmir. Onlar tutduqları vəzifədən sui-istifadə edərək insanların haqqını tapdayır, ən xırda qayğılarının həllinə belə çalışmırlar. Məmur özbaşınalığı o həddə çatdı ki, ölkə başçısı bununla bağlı xüsusi açıqlamalar verməli oldu. Bu gün artıq Azərbaycanda dövlət səviyyəsində məmur özbaşınalığına qarşı təxirəsalınmaz işlər görülür. Bu siyasət əhalinin narazı qaldığı məmurların islah olunmasına yönəlib. Dövlət başçısı dəfələrlə səslənib ki, məmurlarının məsuliyyəti artmalıdır. Prezidentin fikirlərini xatırlatmaq istərdim. O, deyib ki: - "Dövlət məmurları xalqa xidmət edir və etməlidirlər. Dövlət məmuru cəmiyyətdə hər bir vətəndaş üçün nümunə olmalıdır. Təvazökarlıq, saflıq və vətənə xidmət nümunəsi. Dövlət məmurları seçilmiş insanlar olmalıdır. Onların həm peşəkarlığı, həm də mənəvi keyfiyyətləri yüksək səviyyədə olmalıdır. Məmur-vətəndaş münasibətləri hörmət əsasında  qurulmalıdır. Harada ki, nöqsanlar, pozuntular vardır, əlbəttə ki,  tədbirlər görülür və bu proses bundan sonra da davam   etdiriləcəkdir."”.

 

“Haqqın, ədalətin bərpa olunmasında prezidentimizin yanındayıq”

 

B.Sultanov onu da qeyd edib ki, Yevlax rayon əhalisinin hüquqlarının pozulması, qanuni mülkiyyətlərinə qəsd edilməsi və s. qanunazidd əməllərin tüğyan etməsi halı keçmiş başçı Elmar Vəliyev (2004-11) və onun “protektoratlığı”nda vəzifə almış, hazırda korrupsiya əməllərinə görə həbsdə olan Qoca Səmədovun (2011-19) dönəmində pik həddinə çatmışdı:

“Baxmayaraq ki, onlar müəyyən qədər layiqli cəzalarını alıblar, lakin dövlət və xalqdan oğurladıqları milyonları, yaxın qohum-əqrəbalarının adına rəsmləşdirdikləri torpaq sahələri, mülkləri, qəsrləri hələ də saxlayırlar. Yevlax şəhər İcra Hakimiyyətinə yeni təyin edilən icra başçısı cənab Prezidentin tapşırıqlarının icrasına başladığı, yerli əhalinin problemlərinin, eləcə də illərlə baxımsız və hər il dövlət büdcəsindən ayrılan vəsaitlərin mənimsənilməsi üzündən bərbad hala salınmış şəhər təsərrüfatını dirçəltmək üçün yorulmadan çalışsa da, hələ də “köhnə” klanın caynağında olan əsas maliyyə mənbələri buna imkan vermir. Yevlaxda əsas pul gətirən sahələr - Yevlax bazarı (Şahmar Vəliyevindir), «Yevlax-Qida» MMM (keçmiş Pivə zavod), «Lalə-Tekstil» MMC, Yevlax-Təmir ASC  (ex TMRZ), ARFA -Mebel fabriki, Asvalt-Beton zavodu (Şahlar Vəliyevin), rayonun kəndlərində min hektarlarla əkin sahələri, fermalar, Makaron sexi, Çörək sexi, Konserv sexi, Akkumlyator təmiri və istehsalı və s. Elmar Vəliyev(lər) oliqarxiyasının ixtiyarındadır. Bu qədər geniş oliqarxik imkana, üstəgəl də Xanlar Vəliyev (Hərbi Prokuror) kimi siyasi dayağa malik olan bu klan yeri gələndə yeni islahtlara qarşı dolayı sabotajlara da əl atacaqdır. Hələ Elmar Yevlaxın başçısı olanda belə yaxınları tez-tez deyirdilər ki, bu rayonda yalnız onların hökmranlığı əbədi olacaq”.

 

Təşkilat sədri bildirib ki, Yevlax şəhər təsərrüfatındakı problemlərin həllinə başlayan yeni rəhbərlik rayon təsərrüfat idarələrinin balansında (sənədlərdə) olan traktor, maşın texnikalarını axtarıb tapmaq üçün bir aya qədər “əməliyyat-axtarış” tədbirləri görməyə məcbur qalmışdı. Hamısı da Elmar Vəliyevin Gəncəbasardakı malikanələrində, çoxu da qırıq-sökük vəziyyətdə tapılmışdı:

“Hamıya məlumdur ki, Elmar nəinki Yevlağın, protektoratlığına saldığı Bərdə, Tərtər rayonlarının maşın texnikaları ilə yanaşı adamlarını, kənd bələdiyyə sədrlərini də “qul, əsir” kimi aparıb Gəncədə və özünün digər ərazilərdəki təsərrüfatlarında işlədirdi. Etiraz edənləri isə şərlədərək polisə apartdırırdı. İşlədib zəhmət haqqlarını vermədiyi, söyüb qovduğu yüzlərlə adamlar da qorxudan cürət edib səslərini çıxara bilmirdilər. Yalnız indi, bəziləri onun “zərərsiz” hala düşməsindən sonra qardaşlarına şikayət edib pullarının bir hissəsini ala biliblər. Ona görə də Yevlağın Kür çayı sahilindəki Vəliyevlərə məxsus obyektləri satışa çıxarılıb.

 

B.Sultanov qeyd edib ki, MMP Yevlax rayon təşkilatı olaraq Prezident İlham Əliyevin dövlət idarəetmə islahatlarını dəstəkləyir, haqqın, ədalətin bərpa olunmasında onun yanındadırlar.

 

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

4 kəndin qaytarılmasına Rusiyadan REAKSİYA

Qorqudun Avroviziya 2024 mahnısının TƏQDİMATI