Niyə məhz 21 iyun-5 iyul aralığı?

09:41 20-06-2020 | icon 4027 | Kürsü
Niyə məhz 21 iyun-5 iyul aralığı?

Yarasa ilə start götürən "söhbət" "masonların planı" ilə hərəkətə gəldi...

SƏBUHİ RƏHİMLİ

 

 

"Koronavirus" mövzusu başlayandan bütün dünyanın bütün xalqları bütün yaradıcılıq və fantaziyalarını işə saldılar. Minlərlə mahnı, lətifə, hekayətlər yaratdılar. Artıq klip və filmlər də çəkilməkdədir. Yarasa ilə start götürən "söhbət" "masonların planı" ilə hərəkətə gəldi, 5G ilə davam etdi, "sənayeçilərin inhisarçılığı", Bill Qeytsin "patentliyi" ilə sürətləndi. Amma hələ də sona varmayıb, dayanmayıb. Çünki əsl səbəb gizlədilir.

 
 
 
Dedim, mən də "yaradıcılığımı" işə salıb "palaza bürünüm".
 
 
Niyə iyunun 21-i? Niyə iyulun 5-i?
 
İyunun 21-də Bakı vaxtilə gecə saat 02:32-də (yəni bu gecə) Günəş Xərçəng bürcünə daxil olacaq - sadə dillə desək, Xərçəng bürcü başlayacaq ki, bu da astronomik təyinatlara görə Yayın başlanmasını göstərir.
 
 
Amma məsələ bununla da bitmir. Məhz iyunun 21-də Bakı vaxtilə 10:41-də ilin 3-cü astronomik hadisəsi - Qövsvari Günəş tutulması baş verəcək. İkihəftəlik karantinin məhz bu təqvimdən start götürməsində kosmik qanunauyğunluqlar var.
 
 
Keçək 5 iyula...
 
Məhz həmin gün də tutulma olacaq. Bakı vaxtilə səhər saat 08:44-də yarıkölgəli Ay tutulması baş verəcək.
 
 
Hələ qədimlərdə iki astronomik tutulma arasındakı müddəti (15 gün) təhlükəli, şərin gücləndiyi dövr hesab edirdilər. Həmin yarım ayda toy etməz, müharibəyə başlamaz, ev tikməz, iş danışıqları aparmazdılar. Partiya və hökumətimiz də məhz bu amilləri nəzərə aldığından şərin (oxu: pandemiyanın) əl-qol açmasına macal verməməkdə israrlıdır. Başqa səbəb görmürəm.
 
 
Fantaziyamı işə salıb son karantin gününün 4 iyula - Amerikanın Müstəqillik Gününə düşməsini də çözə bilərdim. Amma ehtiyac duymuram.
 
 
Hə, bir də nəzərinizə çatdırım ki, hər iki tutulma Azərbaycandan çox-çox uzaqlarda olacağı üçün müşahidə etmək xöşbəxtliyindən məhrum olacağıq.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Hərbçilərin pensiya yaşı ARTIRILIR

Məktəblinin döyülməsi iddiaları ilə bağlı ARAŞDIRMA

Çinin yeni kəşfi

Azərbaycanın bir sıra bölgələrində qar yağır

Eyni torpaq sahəsi 36 nəfərə SATILIB

Mağazaların müştəriləri aldatma üsulları

Zirvə görüşünün əhəmiyyəti

Azərbaycanlı futbolçu xaricə köçdü

"Ölkələr arasında olduqca konstruktiv dialoq formalaşır"

“Uşaq Avroviziya”nın QALİBİ

Məktəblərdə şagirdlərin psixi sağlamlığına necə nəzarət olunur?

Dünyanın ən qədim aysberqi hərəkətə gəldi

Axtarışda olan 92 nəfər SAXLANILDI

Distant təhsilin tətbiq edilməməsinin SƏBƏBLƏRİ

Birbaşa Həmkarlar Konfederasiyasına aid olan PROBLEM