Maqsud bəyin ulduzu Şöhrət Xiyabanında peyda oldu
Bakıda, Sea Breeze Şöhrət Xiyabanında (Walk of Famе) Azərbaycanın xalq yazıçısı Maqsud İbrahimbəyovun Şöhrət ulduzunun açılışı olub.
Versus.az xəbər verir ki, açılış mərasimində tanınmış dramaturq və ssenaristin həyat yoldaşı “ Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzi”nin direktoru Anna İbrahimbəyova, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, müğənni və iş adamı, Azərbaycanın xalq artisti Emin Ağalarov, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar, Azərbaycan mədəniyyət nazirinin müavini Murad Hüseynov, TASS-ın baş direktorunun birinci müavini Mixail Qusman, jurnalist və teleaparıcı Nadejda İsmayılova iştirak ediblər.
Maqsud İbrahimbəyovun əsərləri əsasında çəkilmiş filmlərdən səslənən melodiyaları altında yazıçının qohumları, dostları və istedadının pərəstişkarları Şöhrət Xiyabanına toplaşan qonaqlar İbrahimbəyovla bağlı xatirələrini bölüşüblər. Emin Ağalarov, öz xatirələrini bölüşərək, M.İbrahimbəyovun həmişə uşaqların neçə və hansı kitabı oxuduqları ilə maraqlanadığını qeyd etdi. “O, deyirdi ki, kitablar insana düşünməyi və xəyal qurmağı öyrədir”.
Maqsud İbrahimbəyov 36 dilə tərcümə olunmuş 30-dan çox kitab və pyes müəllifidir. Dramaturq ədəbiyyat üzrə Nobel mükafatına namizəd olub, Milli Sülh Komitəsinə rəhbərlik edib, Azərbaycan Milli Məclisinin deputatı və ABŞ-ın Luiziana ştatının fəxri senatoru olub.
Maqsud İbrahimnəyovun həyat yoldaşı, keçmişdə Kuznetsky Most-unda yerləşən Moskva Moda Evinin modeli, Moskva gözəli Anna Gerulaitis dediklərindən: - “Maqsud gözəl ailə başçısı və çox gözəl, sadiq bir dost idi. Biz onunla Tahir Salahovun bağ evundə tanış olmuşduq və mən ona elə ilk baxışdan aşiq olmuşdum. Moskvadakl işimi atıb yenidən Bakıya qayıtdım və ömürlük olaraq həyatımı onunla bağladım. Və bizim uzun xoşbəxt ailə həyatımız məhz güclü sevgi üzərində quruldu və sona kimi də davam etdi. Mən onun vəfatından sonra Moskvaya qayıtmadım, çünki 40 il Bakıda yaşadıqdan sonra mən burada olan sevgimi, evimi, həyatımı qoyub gedə bilməzdim. Bunların hər biri mənə Maqsuddan yadigar idi. İndi isə mən onun Mərkəzində onu yenidən yaşadıram”.
Çıxış edən dostlar, tanışlar və qohumlardan hər biri Maqsud İbrahimbəyovun özəl cəhətlərindən, xasiyyətindən, vətənpərvəliyindən, ailəcanlılığından, ən yüksək insani keyfiyyətlərindən, zadəganlığından, müdrikliylndən bəhs etdi.
Beləlikə, Şöhrət xiyabanında daha bir şəxsiyyətin Ulduzu bərq vurdu.
Ayəndə Dadaşova
versus.az
Xəbər lenti
Nəzakət Məmmədovaya 13 il HƏBS VERİLDİ
O, dövlətə xəyanət maddəsi ilə ittiham olunub