“Qızıl top” mükafatının QALİBİ
“France Football” nəşrinin ilin ən yaxşı futbolçusu üçün təsis etdiyi “Qızıl top” mükafatının sahibi bəlli olub.
Təqdimetmə mərasimi Fransanın paytaxtı Parisdəki Şatle teatrında keçirilib. “Real Madrid” komandası mərasimi boykot etdiyi üçün tədbirdə iştirak etməyib.
Beləliklə İngiltərənin “Mançester Siti” komandasının ispaniyalı yarımmüdafiəçisi Rodri ilin ən yaxşı futbolçusu adına layiq görülüb.
Qeyd edək ki, “Qızıl top”un son qalibi 2023-cü ildə Argentina millisinin və ABŞ-ın “İnter Mayami” komandasının üzvü Lionel Messi olub.
Bundan başqa İspaniyanın “Real Madrid” komandasının italiyalı baş məşqçisi Karlo Ançelotti ilin ən yaxşı baş məşqçisi seçilib, Argentina millisinin qolkiperi Emiliano Martines “Lev Yaşin” mükafatına layiq görülüb.
Xəbər lenti
COP29-un sülh çağırışına və Azərbaycanın təşəbbüslərinə DƏSTƏK
"COP29-un sülh quruculuğu səyləri və COP Atəşkəs təşəbbüsü" - QƏTNAMƏ